"Qarabağ" reqbi klubunun kapitanı ön cəbhədə düşmənlə üz üzə

Yeniliklər 27-sen-2020, 13:36 emil 0 917

"Qarabağ" Reqbi Klubu bugünkü məşqini Azərbaycan Ordusuna həsr etdi. 2015-ci ildə klub yaradılarkən biz demişdik ki klubumuz gələcəyin əsgərlərini yətişdirəcək. Həmin gün yetişdi. Fəxrlə qeyd edə bilərik ki "Qarabağ"-ın ilk üzvlərindən olan, Gürcüstan reqbi klublarının diqqət mərkəzinə düşməyi bacaran Nəzər Cəfərov bu gün ən ağır döyüşlərin getdiyi bölgədə düşmənlə üz üzə döyüşür. Nəzərin timsalında bütün əsgər və zabitlərimizlə fəxr edirik! Allah ordumuzu, Vətənimizi qorusun!


"Qarabağ" Reqbi Klubun Rəsmi Facebook səhifəsi



Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə