Reqbi idman növünə həsr olunan onlayn seminar iştirakçıları mükafatlandırılıb

Azərbaycan Reqbi Federasiyasının təşkil etdiyi  "Reqbi idman növü kimi həyatımızda necə rol oynayır?" mövzusunda keçirilən onlayn seminar iştirakçılarına sertifikatlar təqdim olunub. Xarici və yerli idmançıların iştirakı ilə baş tutan seminarda Olimpiya oyunu olan reqbi idman növünün Azərbaycanda da sevildiyi bildirilib. Qonaqlarla ölkəmizdə bu idman növünün inkişafı istiqamətində geniş müzakirələr aparılıb.
Daha ətraflı

Yoldaşlıq görüşü

28.03.2021 tarixində Qəbələ şəhər stadionunda Qarabağ Reqbi  komandası yerli Qəbələ reqbi komandasının qonağı olub. Oyun 20:5 hesabı ilə Qarabağ reqbiçilərin qələbəsi ilə nəticələnib. Qalib komandada məhsuldar cəhdləri Nəciməddin Cəfərov, Murad Baloğlanov, Raul Tağıyev və Novruz Məmmədov yerinə yetiriblər.
Daha ətraflı

Gəncə Reqbi Klubunun məşqlərinin bərpası üçün yeni İdman bazasına baxış keçirildi

Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının idarə heyətinin üzvü Həmid Nəsirov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev ilə birlikdə Covid 19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın yumşalma tədbirləri ilə əlaqədar açıq havada keçirilməsi nəzərdə tutulmuşdur. Məşqlərin və yarışların bərpasını nəzərə alaraq Gəncə Reqbi Klubunun daha müasir idman  bazasında təlim-məşqlərini davam etdirməsi üçün Gəncə İdman Liseyinə gələrək  həyətyanı sahədə yeni inşa edilmiş İdman meydançasına baxış keçirilmişdir. Bundan başqa həmin İdman Liseyinin rəhbərliyi tamamilə yenidən tikilmiş qapalı İdman zalı ilə tanış etmiş və gələcəkdə şəhər və zona yarışlarının müasir və standartlara cavab verən İdman qurğularında keçirilməsini plana uyğun olaraq diqqətdə saxlanılması müzakirə edilmişdir.

Daha ətraflı

Azərbaycan Reqbi Federasiyasının nümayəndəliyi Gürcüstanın Gəncədəki Baş konsulu ilə görüşüb

Görüşdə Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, Gəncə Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Reqbi Federasiyasının idarə heyyətinin üzvü Həmid Nəsirov, Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti  Elvar Osmanov iştirak ediblər.  Görüşün əsas məqsədi Azərbaycan və Gürcüstan Reqbi Federasiyaları arasında əməkdaşlıq sazişinin bağlanması olub.
Daha ətraflı
1 2 3 4 5 6

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr