Reqbi idman növünün ölkəmizdə yeni inkişaf mərhələsində Azərbaycan Reqbi Federasiyası yeni loqotipini ictimaiyyətə təqdim edir.
Yeni dizayn milli simvollarımızdan biri olan alovun oval formada reqbi topu ilə sintezini əks etdirir. Top reqbi oyununun əsas elementidir, alov isə bu idman növünə xas olan enerjini, ehtirası və gücü nümayiş etdirir. Əminliklə deyə bilərik ki yeni loqotipimiz Azərbaycan reqbisinin yaxın gələcəkdə beynəlxalq arenada yüksək nəticələrinin və reytinqinin simvoluna çevriləcək.
Onu da qeyd edək, ki bu idman növünün ənənəsinə görə hər ölkənin milli yığma komandasının ləqəbi mövcuddur. Azərbaycan milli yığma komandasının beynəlxalq reqbi qurumlarında ləqəbi “Flames”dır (Alovlar).