ANTİDOPİNQ


Azərbaycan Reqbi Federasiyası Ümumdünya Antidopinq Agentliyi ilə həmrəydir və idmançılar tərəfindən qadağan edilmiş preparatlardan istifadənin qəti əleyhinədir, dopinqdən istifadə hallarının profilaktikasına və aşkar edilməsinə böyük diqqət göstərir.
Azərbaycan Reqbi Federasiyası AMADAWorld Rugby mütəxəssisləri ilə daimi təmasda olaraq təhsil proqramlarını inkişaf etdirir və komandaların və tibbi heyətin vaxtında məlumatlandırılması üçün elmi bazanı təkmilləşdirir.


Azərbaycan Reqbi Federasiyasının himayəsi altında keçirilən yarışlarda iştirak edən istənilən oyunçu və ya Azərbaycan milli yığma komandalarının üzvü istənilən vaxt yoxlanıla bilər.
Azərbaycan Reqbi Federasiyası oyunçuları Antidopinq qanunvericiliyinə riayət etməyə və dərman preparatlarının qəbulundan əvvəl klub həkimləri ilə məsləhətləşməyə çağırır. Həmçinin Sizi maraqlandıran suallarla məktub göndərməklə pulsuz məsləhət ala bilərsiniz office@rugby.az

World Rugby Protect the Game

Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA)

AMADA Qadağan edilmiş Siyahı 2024

World Rugby Keep Rugby Clean (Reqbini təmiz saxlayın)




Əvvəlki səhifəyə qayıt




2 472

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə