"Simurq" reqbi ailəsinə qoşuldu

Yeniliklər 14-fev-2025, 13:37 emil 0 105

Hazırlanması yekunlaşmaqda olan Azərbaycan Reqbi Federasiyasının inkişaf strategiyasının ilkin mərhələsində reqbi idman növünün məktəblərə gətirilməsi, uşaqların bu oyuna cəlb olunması ilə kütləviliyin artırılması, onlardan ibarət məktəb komandalarının yaradılması və Məktəb Liqasının keçirilməsi nəzərdə tutulmuşdur. Artıq 7 məktəb komandası bu yarışda istirak edir.

Bugün isə Avropa Azərbaycan Məktəbi reqbinin ölkəmizdə inkişafında daha bir addımını atdı: məktəbin nəzdində "EAS Simurgh" peşəkar reqbi klubu yaradıldı, hansı ki bundan sonra təkcə Məktəb Liqasında deyil, həm də Azərbaycan birinciliklərində və Azərbaycan Kubokunda iştirak edəcək.

Bununla da aktiv fəaliyyətdə olan klublarımızın sayı 4-ə çatdı: "Qarabağ", "Şamaxı OM", "TİSA Titans" və "EAS Simurgh". Yaxın həftələrdə Bakı və bölgələrdə yeni klubların yaradılması gözlənilir, ilk ölkə birinciliyi və olkə Kuboku isə 2025-2026 mövsümündə keçiriləcək.


Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə