World Rugby Level 1

Xəbərlər 17-iyn-2023, 22:48 emil 0 22

Bir müddət əvvəl Bakıda World Rugby bayrağı altında məşqçilər və hakimlər üçün birinci beynəlxalq dərəcəli seminar keçirildiyi haqda xəbər vermişdik. Bugün iştirakçıların sertifikatları təsdiqlənib və onlar rəsmən "World Rugby Level 1" sertifikat sahibi oldular. Məşqçiləri və hakimləri təbrik edirik və fəaliyyətlərində uğurlar arzu edirik!
Daha bir sevindirici məqam ondan ibarətdir ki Şamaxı rayonunu təmsil edən Alxas Məmmədov və Xanım Osmanova əvvəllər reqbi idman növündə oyun fəaliyyəti göstərmədən birbaşa məşqçilik sertifikatlarına sahib olan ilk mütəxəssislərdir. Bu reqbi idman növünün Azərbaycanda populyarlaşması və maraq cəlb etməsinin göstəricilərindəndir.
Təbrik edirik!

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə