Təbrik edirik!

Yeniliklər / Video 23-dek-2012, 09:55 emil 0 571

Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların yaxşısı – 2012” mükafatının təqdim olunması mərasimi keçirilib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova deyib ki, cari ilin BŞGİBİ üçün uğurlu olub. Başa çatmaqda olan ildə Azərbaycanda gənclər və idman sahəsində böyük uğurlar əldə olunub. “Yaxşıların yaxşısı” mükafatının təsis olunması yüksək qiymətləndirilməlidir, bacarıqlı gənclər mükafatlandırılmalıdırlar.

Sonra il ərzində gənclər və idman sahəsində fərqlənmiş bir qrup fəal gənc, idmançı, qeyri-hökumət təşkilatı, tələbə gənclər təşkilatı, kütləvi informasiya vasitələri, rayon gənclər və idman idarələri, federasiyalar “Yaxşıların yaxşısı –2012” mükafatı ilə təltif olunub.

Nəhayət, reqbiçilər də bu siyahıya daxil olundular! Beləliklə, Azərbaycan reqbisinin "ağsaqqalı" - Vaqif Səadətxan ilin məşqçisi nominasiyası üzrə “Yaxşıların yaxşısı 2012” mükafatı ilə təltif edilib.
VAQİF MÜƏLLİM, SİZİ ÜRƏKDƏN TƏBRİK EDİRİK!




Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə