HEYDƏR ƏLİYEV KUBOKU

Yaş dərəcəsi: böyüklər, yeniyetmələr

Keçirilmə tarixi: Hər ilin may ayında

Azərbaycan Respublikasında idmanın və bədən tərbiyəsinin inkişafı Ümummilli lider Heydər Əliyevin dövlət siyasətinin prioritet qollarından biri olması müstəqil Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmasına, xalqımızın sağlam və güclü olmasına şərait yaratmışdır. Məhz bu siyasətin nəticəsidir ki Azərbaycan idmançıları müntəzəm olaraq ən mötəbər yarışların qalibləri və mükafatçıları olurlar. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan reqbi üzrə ənənəvi beynəlxalq turnir Peşəkar Reqbi Liqasının illik tədbirlər planına daxil edilmişdir. Bu turnirin keçirilməsinin məqsədi reqbi idman növünün Azərbaycanda populyarlaşması və inkişaf etdirilməsi ilə yanaşı Heydər Əliyev şəxsiyyətinin yerli və xarici reqbiçilər arasında tanınması və xatirəsinin yad edilməsidir. Turnirin böyüklər və yeniyetmələr arasında keçirilməsi planlaşdırlır.


Əvvəlki səhifəyə qayıt




471

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə