Qabağa (irəli) pas
Oyun qaydalarına görə topdan irəlidə olan komanda yoldaşina pas vermək qadağandır. Bu halda hakim "skram" vəziyyətini təyin edir və top rəqib komandaya keçir. Əgər oyun zamanı pas topla bir xətdə olan oyunçuya və ya arxada olan oyunçuya verilibsə və top yerə dəyib irəli istiqamətlənibsə - bu hal qaydalar çərçivəsindədir və oyun davam edir. Əgər pas bilərəkdən irəli verilirsə, o zaman cərimə zərbəsi təyin olunur.