ARF-in elektron data bazası yaradılmışdır

Yeniliklər 04-okt-2024, 10:09 emil 0 94
Azərbaycan Reqbi Federasiyası tərəfindən oyunçuların, məşqçilərin və hakimlərin elektron data bazası yaradılmışdır. İlkin mərhələdə oyunçular üçün ayrılmış panel işə salınmışdır. Qısa müddət ərzində məşqçilər və hakimlər üçün nəzərdə tutulan panellər aktivləşdiriləcəkdir.
Məlumat bazasının yaradılmasının əsas məqsədləri:
* Azərbaycanda reqbi ilə məşğul olan idmançılar haqda məlumatların şəffaflığı və statistikanın aparılması imkanı;
* Test-oyunlarda və yarışlarda komandalar tərəfindən reqlamentə müvafiq olmayan yaş dərəcəsində oyunçuların oyunlara buraxılmamasına nəzarət alətinin əlçatan olması - məqsəd reqbi oyunlarında sağlam və ədalətli mübarizənin qorunması, hər hansı bir komandanın süni və qanuna və qaydalara zidd şəkildə üstünlüyə malik olmasının qarşısının alınmasıdır; 
* Oyunçuların tibbi baxışdan vaxtı vaxtında keçməsinə nəzarətin avtomatlaşdırılması ilə klub və komandaların işini asanlaşdırmaq - İstənilən klubda fəaliyyət göstərən oyunçunun növbəti tibbi baxışına 30, 20 və 10 gün qalmış sistem tərəfindən müvafiq klubun/komandanın məşqçisinə və ARF-in müvafiq şöbəsinə sistem tərəfindən xatırlatma xarakterli bildirişlər ünvanlanacaqdır;
* Beynəlxalq yarışlarda iştirak edəcək oyunçuların ümumvətəndaş pasportlarının qüvvədə olma müddətinin sonuna 90, 60 və 30 gün qalmış sistem tərəfindən müvafiq klubun/komandanın məşqçisinə və ARF-in müvafiq şöbəsinə sistem tərəfindən xatırlatma xarakterli bildiriş ünvanlanacaqdır ki yarışqabağı oyunçuların gözlənilməz problemlə üzləşməsi riski minimuma endirilsin.
Elektron məlumat bazasının təkmilləşdirilməsi və yeni funksiyaların üzərində iş davamlı olaraq yerinə yetiriləcəkdir və vaxtaşırı bu haqda məlumat veriləcəkdir.
Baza ilə Azərbaycan Reqbi Federasiyasının https://rugby.az rəsmi internet saytında əsas menyuda "ARF" bölümündə "Elektron baza" düyməsini sıxmaqla tanış ola bilərsiniz. Və ya internet brauzerində http://213.199.36.116:3000/ ünvanına birbaşa keçid ala bilərsiniz.

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə