Əks-itələmə, "əl"
Bu fənd topa sahib olan oyunçunun rəqib tərəfindən yaxalanmaması üçün istifadə olunur. Fəndin qaydalar çərçivəsində sayılması üçün topa sahib olan oyunçunun əli rəqiblə təmasdan əvvəl tam açıq şəkildə olmalıdır (düz). Əgər topa sahib olan oyunçunun əli rəqiblə təmasdan bilavasitə əvvəl və yaxud təmas zamanı düzəlirsə (təmas zamanı əl bir qədər qatlanmış və dərhal düzəldilirsə) bu reqbi qaydaları ilə təhlükəli oyun sayılır və bunun cəzası hakimin (ehtiyac olarsa "bunker TMO" sisteminin müdaxiləsi ilə) qərarından asılı olaraq təyin olunacaq.