Bastırıcı yaxalama
Basdırıcı yaxalama elə bir yaxalama texnikasıdır, harda ki yaxalayıcı oyunçu topa sahib olan rəqibini qucaqlayaraq yerdən cüzi hündürlüyə qaldırmaq şərti ilə yerə yıxır. Həmin yaxalama fəndinin qaydalar çərçivəsində sayılması üçün yaxalayıcı oyunçu mütləq rəqibi ilə birlikdə yerə yıxılmalıdır.
Yaxalama fəndi zamanı yaxalanan oyunçu başı aşağı yerə dəydiyi halda bu "batırıcı yaxalama" adlanır. Reqbi qaydalarına görə bu cür fəndə görə cərimə zərbəsi təyin olunur, yaxalayıcı oyunçu isə birbaşa qırmızı vərəqə ilə yanaşı uzun müddətli diskvalifikasiya ala bilər.