Qarabağ Reqbi Klubu məşqlərinə start verdi!

Yeniliklər 14-sen-2020, 10:30 emil 0 608
Bu gün "Qarabağ" reqbi klubunun uzun fasilədən sonra ilk məşqi "ASK Arena" stadionunda keçirilib. Məşq prosesinə ən aşağı yaş qrupunun uşaqları cəlb olunub. Reqbidə ilk addımlarını atan balaca idmançılara dəstək vermək üçün klubun məşqçiləri Nizami Mahmudov və Nəsir Axundovdan savayı məşqdə reqbi üzrə Azərbaycan milli yığma komandasının üzvləri olan İlqar Qubadov, Pərvin Keyqubadi və digər təcrübəli oyunçular da iştirak ediblər. "Qarabağ"-ın heyyətində bir neçə il bundan əvvəl Bakı birinciliyinin qalibi və beynəlxalq turnirlərin mükafatçıları olmuş Kamran Axundov və Nicat Mehdiyev də kiçik komanda yoldaşları ilə əyləncəli məşq prosesində iştirak ediblər.

Klubumuz adından məşqlərimizin həyata keçirilməsi üçün şəraitin yaradılmasına görə "ASK Arena" stadionunun rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk!

"Qarabağ" Reqbi Klubun Rəsmi Facebook səhifəsi









Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr