Missiyamız
Azərbaycan Reqbi Federasiyasının missiyası aşağıdakılardan ibarətdir:
✔︎ Azərbaycanda reqbi haqda əhalinin maarifləndirilməsi və kütləviliyin təmin olunması ilə bu idman növünün Azərbaycanda inkişafı və populyarlaşdırılması;
✔︎ Oyunların qaydalar çərçivəsində və təhlükəsiz şəraitdə keçirilməsinin təmin olunması;
✔︎ Uşaq, yeniyetmə və gənclərə istiqamətlənmiş proqramların həyata keçirilməsi, sözü gedən yaş dərəcələrində oyunçuların istedad və bacarıqlarının inkişaf etdirilməsi və reqbi dəyərlərinin aşılanması;
✔︎ Böyüklər daxil olmaqla bütün yaş dərəcələrində liqalar, ölkədaxili və beynəlxalq turnirlərin təşkil olunması;
✔︎ Bütün yaş dərəcələrində Azərbaycan milli yığma komandalarının yaradılmasının, onların beynəlxalq yarışlarda iştirak etməsinin və Azərbaycan reqbisinin Avropa və Dünya reytinqlərində irəliləməsinin təmin edilməsi;
✔︎ Cəmiyyətdə reqbi ətrafında pozitiv atmosferin yaradılması, içitmaiyyətlə, könüllülərlə, sponsorlarla aktiv və şəffaf əlaqələrin yaradılması və ədalətli, sırf idman prinsipləri üzərində qurulan oyunun təşviqi.