ARU

 

 

  •  

Uşaqlıqdan idmana həvəsim vardır

Uşaqlıqdan idmana həvəsim vardırAzərbaycan Reqbi Federasiyasının İnkişaf Meneceri və Mətbuat katibi Emil Əliyevin Murad Salmana müsahibəsi.

Bir az özünüz haqqınızda məlumat verərdiniz?

Mən, Emil Əliyev, 03.10.1969 Azərbaycanda Bakı şəhərində doğulmuşam. Hal hazırda Azərbaycan Reqbi Federasiyasının İnkişaf Meneceri və Mətbuat katibiyəm, "Sivas Kangals Rugby” komandasının Baş məşqçisiyəm.

Reqbi idman novu ilə nə zamandan məşqulsunuz?

Uşaqlıqdan idmana həvəsim vardır. Və rəhmətli atam əvvəl üzgüçülüyə, sonradan futbola yazdırdı. Bir gün televizorda "Retro” verilişindən "İrəli, Fransa!” filmini nümayiş edirdilər. Və film Fransa Reqbi milli komandasının azarkeşlərdən birinin Londonda məcaralarından bəxs edir. Elə bu filmindən mənim Reqbi həyatım başladı. Bu oyuna vuruldum. O vaxtlar sadəcə "Dinamo” klubunda Reqbi bölümü vardır.
Sonra Azərbaycanın müstəqilliyi əldə etdikdən sonra vətənimizdə müharibə vəziyyəti və s. İdmanı arxa plana çəkdi. Orduya könüllü olaraq getdim. Əksər vaxtı Füzuli-Cəbrayıl istiqamətində cəbhədə oldum.
Atəşkəsdən sonra ailə qurdum. Oğlum oldu. Bir az böyüdükdən sonra idmana yazdırmağa qərar verdim. Və balaca olduğuna görə onu U-Şu`ya yazdırdım. Amma 1 ildən sonra Reqbi oyununu izləyərkən oğlumda bu oyuna həvəs yarandı. Bir az axtarışlardan sonra Vaqif Səadətxanla tanış oldum. Beləliklə Reqbiyə ikinci dönüşüm oldu. Vaqif müəllimlə bərabər yolumu davam elədim və məşqçi fəaliyyətimə start verdim. Seminarlar və kamplar keçdim. Azərbaycan Reqbi Federasiyasında çalışmağa başladım və bir neçə proyektlərə start verdim.

Sivasda (Tərkiyə) bu idman novunu qurmaq fikrinə necə gəldiniz?

Həyat yoldaşım Sivas Cumhuriyyət Universitetinə işləməyə dəvət aldı. Bir az düşündükdən sonra, dəvəti qəbul etməyə qərar aldıq. Amma Reqbisiz həyat mənə boş gəlirdi. Və Universitetdə bir komanda qurmağa başladım. Və 2014-cü ildən komanadamız fəaliyət göstərir Sağolsunlar, həm Rektorluq, həm İdman Dairə başkanlığı komandamıza hər zaman dəstək və kömək edirlərı. Fürsətdən istifadə edərək Cümhuriyyət Universitetinin Rektoru hörmətli Prof. Dr. Alim YILDIZ simasında dəstək verən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Ölkə daxilində və xaricdə turnirlərə qatılırıq. Əldə etdiyim nəaliyətlərdən bunları saya bilərəm: bir oyunçum Türkiyə Millisində və daha dördü isə namizəd oldu. Daxili Çempionatda play-off mərhələsinə yüksəlmə, Beynəlxalq yarışlarda "Batumi Beach 2016” turnirində 12 komandadan 8-ci olduq. Bir sıra TV və gəzetlərdə çıxışlarım vardır.

Uşaqlıqdan idmana həvəsim vardır


Siz bu idman növünün Azərbaycanda gələcəyini necə görürsünüz?

Vallah... nə deyəcəyimi heç bilmirəm... Bir zamanlar bizimlə dövlət strukturları maraqlansaydı, dəstək çıxsaydılar indi Azərbaycan Avropada özünəməxsus yer tutardı. Və bu yer heç də sonlarda olmazdır. Bəlkə də Rumıniya və İspaniya kimi ölkələrlə bir pillədə ola bilirdik. Amma zaman itirdik. Yenə də bir şey eləməyə gec deyildir. Yetərincə yüksək potensialımız var. Vaxtıyla bizim oyunçularımız Şotlandiya, Gürcüstan, Rusiya, Almaniya, ABD və Türkiyə kimi ölkələrin komandalarında oynayıb və hələ də oynayan var. Reqbini ölkəmizdə yaşatmaq üçün məktəblərdə və universitetlərdə klub qurmaq, yarışlar keçirmək və s etmək olar. Vaqif Səadətxan bu işin təməlini qoydu, biz davam etməyə hazırıq. Azərbaycan reqbiçiləri təmənnasız olaraq məşqlər keçirir, klub qurur... Məsələn Eldar Kərimov "Qarabağ” klubunu qurdu, uşaqlara reqbini sevdirdi, yarışlara qatıldılar. Amma tək həvəskarlıqla uzaq yolu davam eləmək imkansızdır. Və iki il sonra maddi sıxıntılara görə klub fəaliyyətini durdurdu. Daha bir misal: Nizami Maxmudovun qurduğu "Baku Tigers” klubun da ömrü uzun sürmədi. İndi tək fəaliyyət göstərən "Günəş” uşaq evinin nəzdində olan komandadır.
Əfsuslar olsun ki, Federasiyamız tərəfindən hazırlanmış "Rugby-5” proyekti və Eldar Kərimovun 2018 hazırladığı "Gənc reqbi ulduzları" layihəsinə 3 internat məktəbi və 1 uşaq evin qatılmağına baxmayaraq, yenə də maddi çatışmamazlıqlara görə, proyektlər həyata keçmədi.
Bir xüsusiyyəti də əlavə etmək istəyirəm. Proyektlər üçün sponsor tapılsa da, Dövlət tərəfindən maraq olmadan, sponsorların da marağı kəsildi.
Sadəcə müvafiq dövlət qurumlar daha çox diqqət göstərməlidirlər. Məsələn, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsini örnək kimi göstərə bilirəm. Hər zaman fərqli turnirlər, düşərgələr və s. kimi bizim Federasiyayla işbirliyi etdilər, uşaq və yeniyetmələr regbisinə böyük dəstək verdilər. Azərbaycan Gənclər və İdman Nazirliyi də Milli komandamızın Beynəlxalq turnirlərə qatılmağına dəstəklərini əsirgəmədilər. Amma bu yetmir. Bütün müvafiq qurumlar Federasiya ilə birlikdə ortaq layihə hazırlamalıdırlar. Xatırlatmaq istəyirəm ki Regbi-7 Yay Olimpiya oyunlarına daxildir. Və Milli Olimpiya Komitəsi də bu layihəyə böyük bir diqqət və dəstək verməlidir. Ümüdümüzü kəsmirik. Yenə də vurğulayıram – dövlətimizin dəstəyi olmadan nəsə əldə edə bilmərik.



Əlavə olaraq bu kateqoriya üzrə

html-cсылка на публикацию
BB-cсылка на публикацию
Прямая ссылка на публикацию

 


free counters

Elanlar


RWC 2015

Sorğu

Azərbaycanda reqbinin prioritet səmti hansıdır?


Partnyorlar

ESPN Scrum News

XML error in File: http://www.espn.co.uk/espn/rss/rugby/news
XML error: Space required after the Public Identifier at line 1

Statistika

Яндекс.Метрика

Təğvim

«    Yanvar 2020    »
beçaçcacşb
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

FACEBOOK


World Rugby Sevens TV

Olimpizm

Rugby News

XML error in File: http://www.planetrugby.com/feed/
XML error: Opening and ending tag mismatch: hr line 5 and body at line 6

Partyorlar