Qrup mərhələsində Vaqif Səadətxanın yetirmələri 8 oyunda 8 qələbə qazanmaqla turnir cədvəlində ilk pillənin sahibi oldular. Yarışmanın reqlamentinə əsasən qrup mərhələsinin yekununda birinci və ikinci yerlərin sahibləri çempionatın qalibi adı uğrunda final qarşılaşmasında üz üzə gələcəklər. Beləliklə “Qarabağ”-ın finaldakı rəqibi TİSA Titans klubunun komandası olacaq. Qeyd edək bu komandada əsasən Azərbaycanda yaşayan xarici vətəndaşlar forma geyir. Final qarşılaşması 22 noyabr tarixində saat 11:00-da İnter Arena stadionunda keçiriləcək.