
Məlumdur k,i Azərbaycanda ən tez və uğurla inkişaf edən sahələrdən biri idmandır. Ümummilli Lider Heydər Əliyevin ölkəyə başçılıq etdiyi dövrlərdən millətin mənəvi və fiziki cəhətdən sağlam inkişafına böyük diqqət yetirilir. Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri təyin olunmasından etibarən isə idmançılar üçün ideal şərait yaradılmışdır ki, bunun da nəticəsində azərbaycanlı idmançıların müxtəlif dərəcəli beynəlxalq yarışmalarda qazandığı uğur və nailiyyətlərin sayı günü gündən artmaqdadır. İdman aləmində Azərbaycan ən tanınmış ölkələr sırasındadır.
Kütləvi informasiya vasitələri bu prosesdə mühüm rol oynayır. Bu və ya digər idman tədbirlərinin vaxtında və dəqiq işıqlandırılması idman növlərinin ölkədə və ölkədən kənarda populyarlaşdırılması və inkişafında çox vacib faktordur.
Müstəqil Azərbaycanın müasir tarixində reqbi rəsmi olaraq 2004-cü ildən fəaliyyətdədir. Bu idman növü 2009-cu ildə yenidən Yay Olimpiya Oyunları proqramına daxil olunmuşdur. 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək Oyunlarda digər idman növləri arasında Reqbi-7 növü də təqdim olunacaqdır.
Azərbaycanda reqbi hələ ki istənilən populyarlığı əldə etməyib. Lakin bu idman növünün ölkəmizdə perspektivinin yüksək olmasını və azərbaycanlı kişilərinin xasiyyətcə reqbi oyununun xasiyyətinə uyğun olmasını nəzərə alaraq biz bir qrup reqbi sevərlər, Azərbaycan Milli Yığma komandasının sabiq oyunçuları daxil olmaqla reqbinin ölkədə populyarlaşdırılması üzrə layihə hazırladıq. Rəhbərlik etdiyim "Enermech Rugby-5" layihəsi 2014-cü ilin noyabr ayından etibarən reallaşdırılmağa başlayıb. Layihə çərçivəsində Bakı şəhərinin orta ümumtəhsil məktəblərində reqbi haqqında prezentasiyalar keçirilir, məktəb şagirdləri reqbi üzrə məşqlərə cəlb olunur, Rugby-5 (reqbinin uşaqlar üçün sadələşdirilmiş növü) üzrə məktəb komandaları yaradılır və həmin komandalar arasında müxtəlif turnirlər keçirilir. Məktəbliləri və valideyinləri maddi cəhətdən xərcə salmamaq üçün boyük çətinliklə də olsa layihə üçün sponsor da tapıldı. Enermech adlı xarici neft şirkəti carı maliyyə çətinliklərinə baxmayaraq bu layihə üçün müəyyən məbləğ ayırdı hansı ki maəşq ləvazimatlarının, oyun geyimlərinin, habelə iki turnirin keçirilməsinə görə xərcləri tam əhatə etdi. Nəticədə 3 saylı uşaq evinin və 132-134 nömrəli təhsil kompleksinin nəzdində 4 komanda yaradılmışdır, məşqlərə cəlb olunmuş uşaqların ümumi sayı isə 60 nəfərdən çoxdur.
5 ay müddətində keçirilən məşqlərin nəticəsində 132-134 saylı təhsil kompleksinin komandası Bakı şəhəri açıq turnirində 3 komanda arasında 1-ci yeri tutmuşdur, 10 may tarixində Heydər Əliyevin xatirəsinə həsr olunmuş reqbi üzrə beynəlxalq turnirində isə həmin kollektiv 7 komanda arasında 3-cü yerə çıxmışdır. Nəzərə alsaq ki Gürcüstan, Rusiya və Azərbaycanı təmsil edən digər komandalar 132-134 məktəbinin komandasından kifayət qədər təcrübəlidir, və oyunçularımız reqbidə hazırda ilk addımlarını atırlar, bu nəticə komandamız üçün cox uğurludur.
Bir çox KİV nümayəndələrinə dərin təşəkkürümü bildirirəm ki bizim tədbirləri vaxtında, dəqiq və geniş şəkildə işıqlandırıblar. Bunun nəticəsidir ki reqbi haqqında Azərbaycanda və ölkədən kənarda Azərbaycan reqbisi haqqında məlumat alan insanların sayı çoxaldı. bundan əlavə, Bakı Reqbi Klubuna məşqlərə yazılmaq istəyən insanların da sayı artmaqdadır. Bir tərəfdən hər şey uğurla davam edirdi, bir məsələ olmasaydı...
Bakıda Təhsil Nazirliyinin nəzdində adına hamımızın böyük hörmətlə yanaşdığımız "Azərbaycan müəllimi" qəzeti buraxılır. Həmin qəzetdə "İdman" da daxil olmaqla müxtəlif bölmələr mövcuddur. Layihəmizin əsas auditoriyasının məktəb direktorlarının, müəllimlərin və şagirdlərin olmasını nəzərə alaraq 132-134 sayli təhsil kompleksinin komandasının qazandığı uğurlar haqqında məqalənin həmin qəzetdə yerləşdirilməsi barədə qəzetin nümayəndələrinə müraciyət etmək qərarına gəldim çünki "Azərbaycan müəllimi" əsasən orta və ali təhsil müəssisələrində yayılır. 18 may tarixində mən qəzetin rəsmi internet səhifəsində göstərilən telefon nömrələrin birinə zəng etdim. Həmin nömrə Məlumat Şübəsinin rəhbəri Niyazi Rəhimova aiddir. Söhbət zamanı mən Niyazı müəllimə bizim layihə haqqında geniş məlumat verdim və bu yarış haqqında məqalənin dərc olunmasını xahış etdim. Cavabında isə cənab Rəhimov mənə qəzetin ümumi e-mail ünvanına yazılı olaraq müraciyət etməyimi və həmin məktubun İdman şöbəsinin rəhbəri olan Rəşad müəllimə ötürülməsi haqqında qeyd etməyimi tövsiyyə etdi. Mən tövsiyyəyə uyğun olaraq onun dediklərini etdim, növbəti gün isə qəzetin redaksiyasına zəng vuraraq məktubun Rəşad müəllimə ötürülüb ötürülməməsini dəqiqləşdirdim. Zəngə cavab verən bir xanım bu sualı dəqiqləşdirib bildirdi ki məktub çatdırılıb, narahatçılığa əsas yoxdur. Bu gün, 26 may tarixində mən qəzeti aldımlakin reqbi haqqında bir məqalənin olmamasını aşkar edərək Rəşad müəllimə telefonla zəng etdim. Rəşad müəllimlə danışığımızı aşağıda təqdim edirəm:
Mən: Salam Rəşad müəllim. Bir neçə gün öncə, yadınlzdadlrsa, mənqəzetinizdəki ümumi e-mail ünvanına reqbi haqqında məlumat göndərmişdim və həmin məktubu Sizə ötüüblər. Lakin qəzetdə belə bir məqalə dərc olunmayıb.
Rəşad müəllim: Bəli, yadımdadır belə bir məktub. Nə idman növüdür ki o? Bilirsiz, belə bir xəbər "dərc olunmaz"dır və bir onu qəzetdə yerləşdirmədik.
Mən: Reqbi yeni bir Olimpiya idman növüdür. Həmin yarışmada orta məktəb komandaları iştirak edib, burada "dərc olunmaz" nədirki? Axə sizin qəzetdə digər idman növləri haqqında məlumatlar mütəmadi olaraq dırc olunur. Eyni zamanda mən Sizə bildirmişdim, ki bu turnir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. Burada problem yaradan amil nə ola bilər axı?
R.M.: (Kiçik pauzadan sonra) Bəli bəli, indi anladım, o başqa bir məqalə idi hansını ki biz almışdıq. Sizin məlumatı biz almamışıq. Nə vaxt göndərmisiniz ki?
Mən: Ötən həftənin əvvəlində göndərmiçəm və sonradan zəng də vurmuşam redaksiyanıza və yoxlamadan sonra mənə bildirdilər ki məlumatı almışıq və Rəşad müəllimə ötürmüşük.
R.M.: Hmmm... Ola bilər. Amma artıq gecdir. Sağ olun.
Azərbaycanlı məktəblilərin qısa zaman kısiyində 2 dəfə yarışlarda medallar qazanması kimi fərəhləndirici nə ola bilər? Axı onlar bizim gələcəyimizdir, gələcəyin peşəkar idmançıları, mühəndisləri, müıllimləri və qəzet redaktorları. Təhsil sisteminə bağlı olan qəzetin məktəb şagirdlərinin uğuruna biganə qalması başa düşülən deyil. Lakin Rəşad müəllim reqbi barədə indiyə qədər heçnə eşitmədiyinə görə bu məlumatı paylaşmağı məqsədəuyğun hesab etmədi. Hətta bu yarışmanın hansı tarixə həsr olunduğunu nəzərə alaraq!
Eldar Kərimov,
"Enermech rugby-5" layihəsinin rəhbəri