
Ümummilli Lider Heydər Əliyevin 90-illiyinə həsr olunmuş"Baku Open - 2013" yarışı sona çatdı. Turniri Azərbaycan Reqbi Fedarasiyası və Bakı şəhəri Gənclər və İdman Baş idarəsi birgə təşkil etmisdirlər.
Yarışa bəzi texniki problemlərə görə Rusiyanın "Forum" və İranın Yığma komandaları gələ bilmədilər. Amma, bu nüansalara baxmayaraq, turnir baxımlı alındı. Azərbaycanı iki komanda "Bakı-1" komandası (1995-1998 il) və "BRC" (əsasən, milli yığmanın oyunçularından komplektləşdirilmiş) təmsil edirdi, həmçinin turnirdə "TİSA Titans", Gürcüstanın "Devebi" və "Wizards" komandaları iştirak edirdilər.
Turnir iştirakkçılarını Bakı şəhəri İdman və Gənclər Baş idarəsinin başçısının müavini cənab Rəşad Əliyev və Tədris-İdman Bölməsinin sədri cənab Adil Ağayev salamladılar.
Yarışın açılışından sonra, meydana gənc reqbiçilərdən ibarət olan "Bakı-1" və "TİSA Titans" komandaları çıxdılar. Bu oyunun sonunda Azərbaycanın gənc reqbiçilərinə daha çox ehtiyyatla yanaşdılar, çünki onların oyunu tamaşaçılarda müsbət emossiya doğurmuşdur. Onlarda hər şey alınırdı! Onlar daha təcrübəli rəqiblərinə heç bir şans vermədilər.
"Bakı-1" komandasının "Wizards" üzərində qələbəsindən sonra, yarışının favoritləri hesab edilən "Devebi" komandasının oyunçuları, bizim gənclərimiz haqqında nə düşündüklərini söylədilər. Bu sözlər məni sevindirməməyə bilmməzdi.
Eyni zamanda "BRC" komandası "Tisa Titans" və "Wizards" komandalarına qalib gəlib və "Devebi" komandasına məğlub oldu. Meydana "Bakı-1" və "BRC" komandaları çıxdılar. Oyun gərgin və maraqlı alındı. Ancaq daha gənc oyunçular oyunun tempini qaldıraraq , daha güclü rəqiblərinə qalib gəldilər.
Final vaxtı gəlib çatdı. Heç bir oyun uduzmamış "Devebi" və "Bakı-1" komandaları turnirdə son nöqtə qoymaq üçün meydana çıxdılar. Bu oyundada gənc bakılılar rəqibdən daha güclü idilər və turnirin baş mükafatına sahib oldular.
"Baku Open 2013" yarışı beləcə sona çatdı.
Növbəti günə "BRC" və "Devebi" komandalarının gəncləri arasında reqbi-15 (yunion) üzrə oyun planlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, "BRC" 80%-dək "Bakı-1" oyunçularından təşkil olunmuşdur. Bu oyun dostluq çərçivısində başa çatdı.
Bütün iştirakçılara diplomlar və xatirə hədiyyələri verilmişdir.
Axşam, ənənəvi olaraq, "Beyrut" restoranında bütün oyunçuların iştirakı ilə "3-cü taym" baş tutdu.
İki ay ərzində bu turnirə hazırlıq apardıqlarına və bizə hər cür dəstək olduqlarına görə gürcü həmkarlarıma dərin təşəkkürümü bildirirəm.
Azərbaycanın Reqbi Federasiyası yarışın təşkilində əvəzsiz kömək göstərmsinə görə Bakı şəhəri Gənclər və İdman Baş idarəsinin sektor rəhbəri Gündüz Vəliyev cənablarına, həmçinin stadionla təmin etdiyinə və hər cür şəraitin, tibbi yardım daxil olamaqla, yaradılmasına görə "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin icraçı direktoru Elşad Ağayev canablarına dərin təşəkkürümü bildirirəm.
Əlavə olaraq bu yarışın baş tutmasında əməyi olan insanları və şirkətləri qeyd etmək istəyirəm: cənab Şon O'Keyn, cənab Emin Babazadə və "Ezra-International" Xeyriyyəçilik fonduna, həmçinin bütün reqbi oyunçularını, onların iştirakı və maliyyə köməyi olmadan, bütün bizim hazırlıqlarımız hədər gedərdi.
Qalereya rejimində baxmaq üçün şəkilə tıklayın