Din Riçardsla görüş

Xəbərlər 06-may-2012, 16:37 emil 0 380

Fevralın 24 Hyatt Regency-in mehmanxana kompleksinin "Guba" banket zalında görkəmli ingilis reqbiçisi ilə - Din Riçards-la (Dean Richards) görüş oldu.

Görüşdə fəxri qonaq qismində Azərbaycan Reqbi Federasiyasının nümayəndələri - Vaqif Səadətxan və Emil Əliyev, eləcə də reqbiçilərimizə könüllü köməklik göstərən Azərbaycan komandasının yeni məşqçisi Şon Nolan dəvət olunublar.

Görüş vaxtı biz Dina Riçardsa Azərbaycanda reqbinin vəziyyətiylə tanış etdik, onun müvəffəqiyyətləri və problemlər haqqında bölüşdük. Uşaq qruplarından və ölkəmizdə reqbinin inkişafının perspektivindən danışdıq.

Din Riçards çox maraqlı həmsöhbət oldu və öz reqbi həyatından maraqlı tarixçələrdən çıxış edərək danışdı.

Banket vaxtı biz həmçinin TISA rəhbərliyiylə görüşdük, ələxsus, cənab Dunkan Barton ilə. Azərbaycanda reqbinin inkişafının ideyası onda marağ doğdu və biz, işgüzar danışıq üçün daha rahat şəraitdə görüş haqqında razılaşdıq.

Biz, Aprel ayın sonunda "Ümummilli lider Heydər Əliyevin hatirəsinə" həsr olunmuş yeniyetmələr beynəlxalq yarışın keçirilməsinin planlarıyla qonaqları tanış etdik. Hazırlıqa TİSA nümayəndələrin də qoşulmağına razılığına gəldik.

Banket zamanı Vaqif Səadətxan üçün xoş bir anlar yaşanıldı. 1973 il Bakının "Dinamo" reqbi komandasının arxiv şəkilinin qonaqlara təqdim olundu. Qonaqların çoxu hətta təsəvvür etmirdilər ki, Azərbaycanda reqbi keçmiş yüzilliyin 30-cu illərindən yayılmışdı! Və Azərbaycan reqbisinin tarixinin şahidi, reqbiçi və məşqçi Vaqif Səadətxan öz zəhmətinin bəhrəsini hökmən görəcək.

Emil Əlyiev

ARF-in İnkişaf üzrə menecer





Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə