Ötən il Azərbaycan Reqbi Federasiyası, Gürcüstan Reqbi Birliyi və Qazağıstan Reqbi Federasiyası tərəfindən imzalanan tərəfdaşlıq memorandumu çərçivəsində növbəti tədbir planlaşdırılıb.
18 - 28 iyul tarixlərində azərbaycanlı məşqçilərinin Gürcüstanda yerli "Tsikara" reqbi klubunun heyətində təlim-məşq toplanışında iştirakı gözlənilir. Bu iştirak mütəxəssislərimizin təcrübə yığması və yerli məktəb komandalarında gələcək fəaliyyətində effektivliyin artırılmasına istiqamətlənib.
Tərəfdaşlıq çərçivəsində növbəti tədbir isə yeni mövsümdən etibarən hakimlərimizin qonşu ölkədə keçiriləcək uşaq festivallarında hakim qismində iştirak etməsi olacaq.
Qeyd edək ki məşqçi və hakimlərimizin Gürcüstanda təcrübə mübadiləsi proqramında iştirakı "ACE Forwarding" şirkətinin dəstəyi ilə reallaşacaq. ARF bu dəstəyə görə adıçəkilən şirkətin rəhbərliyinə dərin minnətdarlığını bildirir.