![]()
Şuşanın "Qarabağ" reqbi klubunun 2010-2011-ci il təvəllüdlü oğlanlardan ibarət komandası aprelin 19-u Gürcüstanın Qori şəhərində beynəlxalq reqbi festivalında iştirak etmək üçün qonşu ölkənin Reqbi İttifaqından dəvət alıb. Aprelin 18 hava yolu ilə Tbilisiyə yola düşəcək reqbiçilərimiz oradan Qoriyə yollanacaqlar. Həmin gün təşkilatçılar tərəfindən qonaq komanda üçün ekskursiyalar təşkil olunacaq, axşam isə komandamızın yarışqabağı son məşqi nəzərdə tutulub. Növbəti gün isə komandamız festivalda iştirakini bitirdikdən sonra Bakıya qayıdacaq.
Tədbirin təşkilatçıları Rugby World Georgia jurnalı və Gürcüstan Reqbi İttifaqıdır. Baş sponsor Toyota şirkətidir. Qeyd edək ki komandamızın yarışda iştirakı ilə bağlı bütün xərclərini yarışın baş sponsoru öz üzərinə götürmüşdür.
Azərbaycan Reqbi Federasiyası "Qarabağ" RK komandasına uğurlar arzu edir!