ARU

 

 

  •  

Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı

Moskvada "Dinamo" çimərlik idman növlərinin stadionunda çimərlik reqbisi üzrə ilk Avropa Çempionatı keçirilib. Turnirdə 4 qadın və 8 kişi yığması iştirak edib. Yarışlarda qadın və kişi yığmaları arasında favorit olan Rusiyadan başqa Ukrayna, İtaliya, İspaniya, Rumıniya, Gürcüstan, Latviya, Azərbaycan və Belarusiya yığmaları da olub.
Gözəl, ağ qumlu stadionda əsl yay havasında keçirilən iki günlük yarışlar Avropa Çempionatının bütün iştirakçılarına zövq verdi. Güzəştsiz mübarizə, ciddi intriqa və möhtəşəm azarkeşlər Rusiya Reqbi Federasiyası və Çimərlik Oyunları Federasiyasının birgə keçirtdiyi oyuna bayram ab-havası qatdı.
Çimərlik reqbisini klassik reqbinin sadələşmiş versiyası saymaq olar. Turnirdən aslı olaraq bu idman növünün çimərlik versiyasında iştirakçıların sayı 4-7 oyunçu arasında dəyişir. Su stadionunda 5-in 5-ə fotmatında oynayırdılar. Çimərlik reqbisində qapılar istifadə olunmadığına görə xal hesablama sistemi daha da sadələşib. Hər uğurlu cəhd komandaya bir xal qazandırır.
Rusiyalı qızlar finalda gürcüstanlı rəqiblərini 5-0 hesabı ilə məğlub etdilər. Üçüncü yer üçün gedən mübarizədə belarusiyalı reqbiçi qızlar latviyalı rəqiblərini 5-3 hesabı ilə məğlub etmişdilər. Beləliklə Rusiyanın qız yığması çimərlik reqbisi üzrə birinci Avropa Çempionu oldu.
Ev yiyəsinin oğlan komandası qız komandanın uğurunu təkrarlaya bilmədi. Çətin mübarizədə Rusiya yığması İtaliya yığmasına 5-6 hesabı ilə məğlub olub ikinci yeri tutdu. Üçüncü yeri isə Rumıniya komdasına 8-1 hesabı ilə asanlıqla qalib gələn Gürcüstan komandası tutdu və buna görə qonaq gürcü azarkeşlərin gurultulu alqışlarına laiq görüldülər.
Bizim komandamız birinci oyunu Ukrayna ilə keçirdib 6-5 hesabı ilə qalib gəldi. Sonra isə komandamız birinci yeri tutan italyanlara 0-8 və dördüncü yeri tutan rumınlara 3-7 hesabı ilə məğlub oldu. Dörddəbir finalda rəqiblərimiz güclü Gürcüstan komandası oldu və onlara 2-7 hesabı ilə uduzduq. Bu oyunda aparıcı oyunçularımızdan olan İlqar Qubadov zədələndi. İlqar Qubadovun zədəsi ukraynalılarla (7-8) və belaruslarla (6-8) oynuna mənfi təsir göstərdi.
Milli reqbinin reallıqları ilə tanış olmayan idmansevərə elə gələ bilər ki, Azərbaycan komandası yenə biabır oldu... Aydınlar gətirməyə çalışım.
Bəli, mən də hər kəs kimi komandamızın məğlubiyyətinə məyus oldum. Amma reallığı bilən insan kimi yenidən bu OLİMPİYA oyun növünə diqqəti çəkmək bəhanəsini tapdım.
Hər şey növbə ilə
Biz çempionata öz hesabımıza getmişdik! Bundan başqa, iki məşq üçün lazımi şəraitə sahib olan meydançanı da öz hesabımıza icarəyə götürmüşdük. Özü də biz daimi çempionatlara, yığıncaqlara və müasir idmanın başqa gözəlliklərinə sahib deyilik. Komandanın məşqçiyə, masajistə həkimə sahib olmadığı barədə heç danışmağa da ehtiyac duymuram. 
Getdik və turnirə xüsusi hazırlaşmış kimi oynadıq! Bütün ölkələrin yığması daxili çempionatlara, normal məşq və daimi olaraq fərqli-fərqli turnirlərdə iştirak etmək imkanına sahibdirlər. Biz bunlardan məhrumuq.
Yerli reqbinin yaxın keçmişinə nəzər salsaq, mahiyyətində sadəcə həvəskar və oyunu sevən birinci nəsil reqbiçilərin yaratdığı potensialla nə qədər bacarıqsız davranıldığını görə bilərik. Bu həvəskarlardan bir neçəsi xaricdəki aparıcı klublarına dəvət olundu: İngiltərə (Raqif Hüseynli), Şotlandiya (Əli Ələkbərov, Zahid Sadmaliyev), Rusiya (Eldar Nusrullayev, Renard Əliyev, Əli Ələkbərov, Nizami Mahmudov), Gürcüstan (Eldar Nusrullayev), Almaniya (Rauf Mahmudlu). Gənc nəsildən Gürcüstana (Tural Hüseynov), Rusiyaya (Nəvai Rüstəmov), Türkiyəyə (Tamerlan Əliyev) və ABŞ-a (Kərim Kərimov, Tamerlan Əliyev) dəvətlər oldu. Hələ nə qədəri xarcə gedə bilmədi! Təəsüf ki, özünə Azərbaycanda yer tapmayan, amma böyüyən bir pleyada yaxşı oyunçu var: Elçin və Yalçın Abbasov qardaşları, Abzatov İbrahim, Quliyev Elmir, Famil Ağayev, Turan Yunusov, Pərvin Hüseynov və b.
Uşaq evlərindən çıxan məzunlar var və onlarla yorulmadan çalışan, Azərbaycan reqbisinin ağsaqqalı sayılan Vaqif Sədatxan, məktəb şagirdləri, Eldar Kərimovun öz pulu ilə yaratdığı "Qarabağ" klubunun "Reqbi-5" proqramından çıxanlar. Bu klub mövcud olduğu qısa müddətdə sadə uşaqlardan əsl reqbiçilər yetişdirdi. Sonradan yetişdirilənlərdən ikisini Gürcüstan çempionatında gördülər və komandalarına çağırdılar. Bu, Kamran Axundov və Nəzər Cəfərov idi - onlar 10 nömrəli internat məktəbinin yetirmələridir. Azərbaycanda reqbinin inkişafında iştirak edənlərin hamısının adını çəkməyə ehtiyac yoxdur.
Bəs nəticə nədir? Hər şey eynidir, heç nə dəyişmir. Dövlət tərəfindən dəstəklənməyən, yalnız reqbiçilərin və bu oyunun həvəskarlarının hesabına yaşayan olimpiya idman növü. Bu, uzun müddət davam edə bilməyəcək. "Qarabağ" klubu demək olar ki, öz fəaliyyətini dayandırdı. Zamana ümid edirik. Nə qədər perspektivli uşaqlar yol kənarında qalıb?! Axı onlar bizim övladlarımızdır!..
Təəsüf ki, yerli idman şərhçilərinin reqbiyə marağı sıfıra bərabərdir. Bu olmadan isə ölkəmizdə reqbinin inkişafı qeyri-mümkündür. Necə deyərlər, informasiya hər şeydir. Həmçinin bir-iki sponsoru çıxmaq şərti ilə reqbiyə diqqət yetirilmir. Onların köməyi bir çox problemlərin həll edilməsinə dəstək ola bilər. Son zamanlar biz uşaqların və gənclərin reqbi ilə məşqul olmaq istədikləri barəsində zənglər alırıq. Amma məşqlərin keçirilməsi üçün yerimiz olmadığı üçün onlara "yox" deməli oluruq.
Yerli reqbinin və yerli idmanın taleyinə, komandamızın uğurlarına biganə olmayanlara müraciət edirəm: Komandamızın uğurları üçün ƏLİNİZDƏN GƏLƏN KÖMƏYİ EDİN!..
Biz daha yaxşılarına layiqik! Biz oynamağı bacarırıq! Ölkəmizdə reqbinin inkişafı üçün böyük potensial var. Çünki bu idman növü ruhuna görə bizim mentalitetimizə yaxındır. Bizim təcürbəli və güclü qonşumuz var - Gürcüstan. O, bizə əlindən gəldiyi kömək edir və təcrübələrini bizimlə bölüşür. Amma bizim öz dövlətimizə ehtiyacımız var!

Emil Əliyev
Etatist.com dəstəyi ilə.

Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı
Çimərlik Reqbi üzrə İlk Avropa Çempionatı 



Əlavə olaraq bu kateqoriya üzrə

html-cсылка на публикацию
BB-cсылка на публикацию
Прямая ссылка на публикацию

 


free counters

Elanlar


RWC 2015

Sorğu

Azərbaycanda reqbinin prioritet səmti hansıdır?


Partnyorlar

Kapital Bank

EPul

Statistika

Яндекс.Метрика

Təğvim

«    Avqust 2017    »
beçaçcacşb
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

FACEBOOK


World Rugby Sevens TV

Olimpizm

Rugby News

Captains set for semi-finals as #WRWC2017 moves to Belfast
Tickets are still available to see New Zealand take on USA and defending champions England tackle France at Kingspan Stadium on Tuesday.
Leaders come together at Captains' Breakfast
Captains and vice-captains from the Women’s Rugby World Cup 2017 participating teams attended a Captains' Breakfast on Friday to celebrate leadership in the sport.
WRWC 2017 Quiz Terms and Conditions

USA join pool winners in WRWC 2017 semi-finals
USA claim the best runner-up spot to join fellow past Women's Rugby World Cup winners New Zealand and England as well as France in the semi-finals.
Day three marks Keep Rugby Clean day at #WRWC2017
The 12 teams were all given anti-doping education ahead of Keep Rugby Clean Day at Women's Rugby World Cup 2017.

Partyorlar