ARF
Kənan Oruc oğlu İbrahimov

1986-cı il 20 sentyabrda Gürcüstanın Bolnisi rayonunda anadan olmuşam. Daha sonra ailəmlə birgə Azərbaycanın Bakı şəhərinə köçmüşük. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbinda birinci sinifə başlamışam. 2002-ci ildə yuxarıda adı çəkilən məktəbi 9-cu sinif şəhadətnaməsi ilə bitirmişəm.

Uşaqlıq illərimdə 10 və 12 yaş arası "kick-boxing" idman növü ilə, 12-17 yaş aralığında isə futbolla məşğul olmuşam.

2003-cü ildə Kodak şirkətində foto-operator və dizayner vəzifəsində işə başlamışam. 2011-ci ilin sonlarında Kodak şirkətindəki vəzifəmdən ayrılmışam. 2012-ci ildən 2015-ci ilədək dizayner videoqraf kimi fəaliyyət göstərmişəm. 2015-ci ildə isə öz prodakşınımı (Kenan İbrahim "ArtStudio") yaratmışam. Hal-hazırda (2022-ci) yuxarıda adı çəkilən prodakşında rəhbər vəzifədə fəaliyyətimi davam etdirirəm.
Əlavə olaraq qeyd edim ki, 2015-ci ildə paralel olaraq "Avrasiya Media" fondunda rejissor vəzifəsini icra etmişəm.

İşlərim (filmoqrafiya)
BÖYÜK QAYIDIŞ - quruluşçu operator
QARABAĞ QANI (THE BLOOD of KARABAKH) - video-montaj

Digər işlərim
QARAYAZI (KLİP-OKABER) - quruluşçu rejissor
ÖP MƏNİ (KLİP - AFAQ ASLAN) - quruluşçu rejissor