ARF
Elvin Miribadət oğlu Abbasov
13 iyul 1982-ci ildə Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin tanınmış şirkətlərində kompüter mühəndisi, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir.

2006-cı ildə vətəni Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra “INTERLAND Company” MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə “Salam Nyus” İA MMC-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən "Vision TV" MMC şirkətini təsis edib. 2015-ci ildə “Bələdiyyələrin vahid ödəmə sistemi”ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur.
2015-ci ildə “Sərmayənin Milliləşməsi” və eyni zamanda bu sahədə “Milli internet resuslarının yaradılması” fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır. Milli internet resurslarının ölkə üçün əhəmiyyət kəsb etdiyi barədə tez-tez mətbuatda məqalələri yayımlanmışdır.

2017-ci ildən etibarən “Virtual Azerbaijan Group of Companies” MMC şirkətində direktor vəzifəsinə keçərək İT sahəsində bir neçə uğurlu dövlət layihələrinə imza atmışdır. 2018-ci ildə həmtəsisçilərlə “TimeSoft” MMC-nin fəaliyyətini başladaraq Azərbaycanda 4 məhsul üzrə internet platformaları yaratmışdır: Ofis Menecment, Agro Menecment, Agro Birja və Agro TV-nin fəaliyyəti 2019-cu ildən başlamışdır.

Evlidir, Mədinə və Məryəm adlarında 2 qız övlad atasıdır. Böyük qardaşı Sahil Abbasov, anası Rəfiqə Abbasova, atası Miribadət Abbasov Mirzağa oglu, babası Mirzağa Mirhəşim oğlu, ulubabası Mirhəşim Mirabbas oğludur. Seyiddir, şəcərəsi 4-cü imam Zeynülabidinə çatmaqdadır.

Yaradıcığı və İdman həyatı

İnformasiya texnologiyalarının inkişafı ilə bağlı 90-dan çox məqalənin sahibidir. Bu məqalələrdən bir çoxu “313” jurnalının “Elm texnologiya” bölümündə yayımlanmışdır. 300-dən çox bədii şeirin müəllifidir, şeirləri bir çox qəzet, jurnal və saytlarda yayımlanmışdır.
Türkiyənin Trabzon şəhərində yaşadığı müddət ərzində Karate-do idman növü ilə məşğul olmuşdur və 2000–2002-ci illər ərzində Trabzon şəhərində ilk dəfə Aiki-do idman növü üzrə dərslər vermişdir. 2019-cu ildən Gəncə İdman Klubunun vitse-prezidentidir.

Evlidir, 2 övladı var.