ARF
Samirə Qasım qızı Allahverdiyeva

8 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə gedib. 1997-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2001-ci ildə ali məktəbi bitirib.

2000-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə aparıcı-müxbir vəzifəsinə götürülüb.

2003-cü ildə “Futbol+” qəzetində müxbir vəzifəsində çalışıb.

2004-cü ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində aparıcı-müxbir vəzifəsində işləyib.

2008-2009-cu illərdə “Ənvər Paşa” jurnalında məsul redaktor vəzifəsində çalışıb.

Sonrakı illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) tərcüməçi, müxbir və sonra aparıcı-müxbir vəzifələrində işləyib. Bu illər ərzində - 2009-2018-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan İdman Jurnalistləri Assosiyasına üzv seçilib, “Sport Time” jurnalı tərəfindən Azərbaycanda Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibəti ilə “Medianın dostu” nominasiyasının qalibi kimi fəxri fərmanla təltif olunub. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatının işıqlandırmasında fəal iştiraka görə Fəxri fərmanla mükafatlandırılıb. Beynəlxalq Olimpiya Komitəsinin seminarlarında fəal iştirak etdiyi üçün sertifikata layiq görülüb. Azərbaycan Dövlət İnformasiya Agentliyinin Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri təyin olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən yazı müsabiqələrinin qalibi kimi diplomlarla təltif edilib.

“EKO-2010” Gənclər Koalisiyası tərəfindən “Ekologiyanın dostu” Milli Mükafatına sahib olub.

2018-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində böyük məsləhətçi işləyib.

2019-2020–ci illərdə “SOCAR” Media İctimai Birliyində təhlilçi vəzifəsində çalışıb.

2020-2021-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində baş redaktor vəzifəsini icra edib.

Ailəlidir, iki övladı var.