ARF
Qarayev Səbuhi Həsən oğlu

Qarayev Səbuhi Həsən oğlu 29.06.1980-cı ildə Ağdam rayonunda anadan olmuşdur.
2001-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2003-cü ildə magistr pilləsini bitirmişdir. 2004-2005-ci illərdə Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçmişdir, ehtiyatda olan zabitdir.
İdmanın cüdo, sambo, ciucitsu növləri ilə məşğul olmuş, bir neçə beynəlxalq və respublika miqyaslı turnirlərin qalibidir.
Cüdo üzrə idman ustalığına namizəd və Azərbaycan Respublikasının əməkdar məşqçisidir.
2013-cü ildən "Qəbələ" İdman Klubunda cüdo, 2014-cü ildən döyüş növləri bölmələrinin rəhbəri vəzifələrində çalışmışdır. 2016-cı ildən klubun ümumi işlər üzrə koordinatorudur. 
2012-ci ildən "Qafqaz-Arena" İdman Klubunun təsisçisi və direktorudur. Klubda 5 döyuş növü və futbol bölməsi fəaliyyət göstərir.
Gənclər və İdman Nazirliyi tərəfindən 2019-cu ilin yekunlarına görə "Bədən Tərbiyəsi və İdmanın İnkişafında Xidmətlərinə Görə" diplomu, Vətən müharibəsindən sonra şəxsən müdafiə naziri tərəfindən “Azərbaycan ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə görə” fəxri fərmanı ilə təltif olunmuşdur. 
Evlidir, iki övladı var.