Nəbiyev Zülfiqar Müzəffər oğlu
20 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Nəsimi rayonu 19 saylı orta məktəbdə almışdır və Azərbaycan Respublikası Milli Olimpiya Ehtiyat məktəbini bitirmişdir.
1996-2002-ci illərdə Mahaçkala Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə tamamlamışdır.
1999-cu ildə Azərbaycan Cüdo Federasiyasında Cüdo üzrə idman ustası olmuşdur.
2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Milli ordularında Xüsusi Təyinatlı n saylı hərbi hissədə hərbi xidmət borcunu yerinə yetirmişdir.
2005-ci ildən Azərbaycan Reqbi Federasiyasında Reqbi üzrə Milli Yığma komandanın üzvü, 2008-ci ildən isə Azərbaycan Reqbi Federasiyasının direktoru kimi fəaliyyət göstərmişdir.
2006-2017-ci illərdə QSC Bank Standard KB-da Bankın kredit siyasəti departamentinin aparıcı mütəxəssisi, Standard FK direktoru və Bankın icra işləri xidmətinin rəis müavini kimi vəzifələrdə çalışmışdır.
2017-2020-ci illər ərzində Sığorta hadisələri Departamentinin direktoru kimi çalışmışdır.
Hal hazırda Azərbaycan Reqbi Federasiyasında Hakimlər Şurasının Sədri kimi çalışır.
Ailəlidir, iki övladı var.