Nadir Tahir oğlu Quliyev
15 oktyabr 1975-ci ildə Sabirabad rayonunda anadan olub. 1992-ci ildə Sabirabad şəhər M.Ə.Sabir adına 1 saylı Şəhər orta məktəbinin bitirib. 1993-cü ildə Azərbaycan Qərb Universitetinin “İşgüzar İnzibatçılıq” fakültəsinə daxil olub və 1997-ci ildə həmin universiteti “Biznesin idarə olunması və iqtisadçı” ixtisası üzrə bitirib. 2011-ci ildə ikinci ali təhsil üzrə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub və 2014-cü ildə həmin Akademiyanı “Politoloq” ixtisası üzrə bitirib.
1997-1998-ci illərdə “Bakmil” Azərbaycan-İtaliya Birgə Müəssisəsinin satış şöbəsində mühəndis menecer işləyib. 1998-1999-cu illərdə isə Hərbi Xidmətdə olub. Hərbi Xidmət zamanı Azərbaycan Respublikasının Hərbi Komisarlığında Qərargah Rəisinin köməkçisi olub.
1999-2000-ci illəərdə Sabir rayon Statistika İdarəsində Baş İqtisadçı, 2000-2002-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinin İçtimai-siyasi şöbəsinin böyük referenti, şöbənin müdür əvəzi vəzifələrində çalışıb.
2002-2004-cü illərdə YAP Sabirabad rayon təşkilatında təlimatçı və rayon təşkilatının sədr müavini, 2005-2017-ci illərdə isə YAP Sabirabad rayon təşkilatının sədri vəzifələrində çalışıb.
2007-ci ildən hal-hazıradək Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının Aran region üzrə nümayəndəliyinin rəhbəri və 2004-cü ildən isə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyir. Hal-hazırda Azərbaycan Reqbi Federasiyasında İdarə Heyətinin üzvüdür.
2018-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu-100” medalı, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı, 2021-ci ildə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının “Vətən müharibəsi dövründə arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə” Fəxri Fərmanı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İçtimai Birliyi İdarə Heyətinin 21.01.2021-ci tarixli 08 saylı qərarı ilə “Fədai” medalı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin “Arxa cəbhədəki fədakar fəaliyyətinə görə” Fəxri Fərmanı ilə təltif olunub.
2021-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb.
Ailəlidir, iki övladı var.