ARF
Səxavət Şöhrət oğlu Quliyev

10 dekabr 1984-cü ildə Bakıda anadan olub. 1991-ci ildə 205 nömrəli tam orta məktəbin 1-ci sinifinə gedib. 2001-ci ildə həmin məktəbi bitirib və Bakı Asiya Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2005-ci ildə ali məktəbi bitirib.

2003-cü ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə müxbir vəzifəsinə işə götürülüb.

2004-cü ildən Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) aparıcı müxbir vəzifəsində işləyir. Azərbaycan Dövlət İnformasiya Agentliyinin həmkarlar ittifaqı komitəsinin gənclər komissiyasının sədridir.

Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan İdman Jurnalistləri Federasiyasının üzvüdür.

2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən saytlar və qəzetlər üzrə ilin ən yaxşı jurnalisti seçilib.

2013-cü ildə Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyasında yay Olimpiya məktəbində iştirak edib.

2014-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən xüsusi plaketlə təltif olunub. Həmin il Çində təşkil olunan gənclərin yay düşərgəsinin iştirakçısı olub.

2017-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin orqanı olan “Olimpiya dünyası” qəzeti tərəfindən “İlin idman jurnalisti” nominasiyasının qalibi olub. Həmin il Türkmənistanın paytaxtı Aşqabadda keçirilən V Asiya Oyunları çərçivəsində beynəlxalq seminarda iştirak edib.

Ailəlidir, iki övladı var.