Baş məşqçi

Səadətxan Vaqif Məhbub oğlu

15 oktyabr 1944-cü ildə Bakı şəhərində dünyaya gəlmişdir.

İlk təhsilini 133 saylı orta məktəbdə almışdır. Ali təhsilini Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunda "İdman məşqçisi və müəllimi" ixtisası üzrə almışdır. 1964-cü ildə ordu sıralarında 3 il hərbi xidmətini tamamlamışdır.

1967-ci ildən Bakı şəhər İdman Komitəsində bir neçə idman növü üzrə təlimçi kimi əmək fəaliyyətinə başlamışdır. Təlimçi olduğu dövrdə "Dinamo" İdman Cəmiyyətində Reqbi komandasının qurucusu olmuşdur, sonralar bu heyətlə "Neftçi" sıralarında çıxış etmişdir. Azərbaycanda yeganə komanda olaraq SSRİ birinciliklərində çıxış etmişdir.

2007-2017-ci illər ərzində 1, 2 və 3 saylı uşaq evlərində uşaqları Reqbi ilə tanış etmişdir. Hal-hazırda Azərbaycan Reqbi Federasiyasının üzvüdür.

2012-ci ildə "Ən yaxşı məşqçi" nominalının qalibi olmuşdur.

Ailəlidir, üç övladı var.

Əvvəlki səhifəyə qayıt




193

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr