İdarə heyətinin üzvü

Həmid Rauf oğlu Nəsirov

1 aprel 1990-cı ildə Xanlar şəhərində(indiki Göygöl) ziyalı ailəsində doğulmuşam, 1996-2007-ci illərdə Xanlar şəhər 1 saylı tam orta məktəbinin rus bölməsində oxumuşdur.

2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Tarix ixtisası üzrə rus bölməsində əyani şəkildə ali təhsil alıbdır.

2011-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşam və ehtiyatda olan kiçik çavuş kimi tərxis olub.
2014-2018- ci illərdə təhsilimi davam etdirərək Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış,

2013-2019 illərdə Azərbaycan Respublikasın İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) Gəncə Regional Mərkəzində məsləhətçi vəzifəsində çalışıb,

2019-2020-ci illərdə Göygöl Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib,

2020-ci ilin mart ayından hal-hazırki vaxtadək Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində işləyirəm, 2-ci dərəcə dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü, müxtəlif beynəlxalq təlim və seminarlarda iştirak edərək sertifikata və diplomlara layiq görülüb,
Gəncə Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən bir neçə komissiyasının üzvüdür.

Azərbaycan Reqbi Federasiyasının İdarə heyətinin və Kəpəz Peşəkar Futbol Klubunun İdarə heyətinin üzvü.

Ailəli, iki övladı var.

Əvvəlki səhifəyə qayıt




648

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr