İdarə heyətinin üzvü

Əliyev Emil Oqtay oğlu

3 oktayabr 1969-cu ildə Bakı şəhərində anadan olub. Orta məktəb, Bakı Rabitə və Elektronika Kollecini bitirdikdən sonra SSRİ-də əsgərlik borcunu yerinə yetirdikdən sonra, Vətənə dönüb və bir ildən sonra Qarabağ müharibəsinə könüllü olaraq Azərbaycan ordusuna qoşulur və N saylı xüsusi təyanətli rotanın taqım komandiri vəzifəsinə təyin olunur.

Uşaqlıqda reqbi idman növü ilə Bakının "Dinamo" klubunda tanış olur.

Sovet ordusunun sıralarında hərbi qulluğunu bitirdikdən sonra, Azərbaycan ordusunun sıralarına könüllü olaraq yazılır və xüsusi təyanətli rotanın taqım komandiri təyin olunur.

Müstəqil Azərbaycan dövründə yenidən yaradılmış Reqbi Federasiyasında fəaliyyətə başlayır. Bir neçə uğurlu layihələrin müəllifidir.

Baş məşqçi Vaqif Səadətxan yanında yardımçı məşqçi kimi fəaliyyətə başlayir.

Gürcüstanda keçirilən müxtəlif reqbi seminarlarına və təlim-məşq toplantilarina qatılır.

2014-cü ildə Türkiyədə Sivas şəhərində "Kangals Rugby" komandasını yaradır və Türkiyənin müxtəlif turnirlərində iştirak edir. Türkiyyə Milli komandasına 1 oyunçu və 3 namizəd yetişdirib.

World Rugby kursların 14 Sertifikatına və Rugby Europe 2 Sertifikatına sahibdir. 

Beynəlxalq dərəcəli məşqçidir.

1-ci Qarabağ müharibəsinin qazisidir.

Ailəlidir, bir övladı var.


Əvvəlki səhifəyə qayıt




219

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr