ARF Baş katibi

Mirzəyev Əliniyaz Nüsrət oğlu

22 fevral 1960-cı ildə Masallı rayonunda dünyaya gəlmişdir. İlk təhsilini həmin ərazidəki orta məktəbdə tamamladıqdan sonra Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur.

1985-ci ildə "Bədən tərbiyəsi müəllimi, məşqçi" ixtisasını uğurla başa vurduqdan sonra əmək fəaliyyətinə başlamışdır.

1985-89-cu illərdə ODKYC Bakı şəhər komitəsində təlimatçı metodist kimi çalışmışdır. 1989-1993-cü illər ərzində müxtəlif təhsil müəssisələrində bədən tərbiyəsi və idman müəllimi kimi fəaliyyət göstərmişdir.

1993-95-ci illərdə Sabunçu rayon Təhsil şöbəsində metodist kimi, 1995-2001-ci illərdə Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzində aparıcı mütəxəssis və şöbə müdiri vəzifələrində çalışmışdır.

2001-ci ildən Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin İdman Baş idarəsində aparıcı mütəxəssis kimi fəaliyyətə başlamışdır.

2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsi, Futbol sektorunda aparıcı məsləhətçi kimi ölkə idmanına töhfə verir. Azərbaycan Reqbi Federasiyasında Baş Katib kimi çalışır.

2019-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.

Ailəlidir, iki övladı var.


Əvvəlki səhifəyə qayıt




181

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr