Elvar Eldar oğlu Osmanov
Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə anadan olub.
1995-ci ildə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbə daxil olumuş və 2005-ci ildə həmin məktəbi uğurla bitirmiş, 2005-ci ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman Akademiyasının Bədən tərbiyəsi və idman ixtisasına daxil olmuşdur.
2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və Çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur.
2010-cu ildə həmin ali təhsil müəssisəsini “ Bədən tərbiyəsi və idman" ixtisası üzrə müvəffəqiyyətlə başa vurmuşdur.
Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur.
İdman sahəsində peşəkar karyerasına 2004-cü ildə başlamışdır. Sambo üzrə bir sıra ölkə birinciliklərinin və çempionatlarının qalib və mükafatçısı olmuşdur.
İdman karyerası ərzində qazandığı uğurlara:
- 2010-cu ildə Azərbaycanın keçirilən universal döyüş üzrə Avropa çempionatının gümüş mükafatı (2-ci yer),
- 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən dünya çempionatının bürünc mükafatı (3-cü yer),
- 2014-c ildə Rumıniyanın Buxarest şəhərində keçirilən döyüş sambosu üzrə Avropa çempionatının bürünc mükafatı (3-cü yer)
- Döyüş sambosu üzrə Azərbaycan Respublikasının ilk İdman Ustasıdır.
- 2015 ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
- 2019-2020-ci illərdə Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti vəzifəsində çalışmışdır.
- 2020-ci ildən Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.
“Gəncə İdman Klubu” ictimai birliyinin və “Dinamo İdman Cəmiyyəti”-nin rəhbəridir.
EL-GROUP şirkətinin təsisçisi və rəhbəridir.
Ailəlidir, bir övladı var.