» » 134-132 nömrəli təhsil kompleksində "Reqbi-5" layihəsinin prezentasiyası
134-132 nömrəli təhsil kompleksində "Reqbi-5" layihəsinin prezentasiyası
21-11-2014, 22:35 Baxılıb: 0 Şərhlər: 0

rugby-5

21 Noyabr Bakının 134-132 nömrəli təhsil kompleksinin akt zalında 8-ci sinif uşaqları üçün "Reqbi-5" layihəsinin prezentasiyası keçirilib. Tədbirdə 90-dan çox məktəbli, həmçinin müəllimlər və məktəbin digər əməkdaşları iştirak ediblər. Uşaqlara reqbinin yaranma tarixi, Azərbaycan komandalarının iştirak etdiyi yarışlar, əldə etdiyi nəticələr, həmçinin bu yeni olimpiya idman növünün ölkəmizdə inkişaf planları haqqında geniş məlumat verilib. Sonra auditoriyanın diqqətinə "Reqbi-5" oyunu haqqında videoçarx təqdim olunub. Fərəhləndirici haldır ki uşaqlar böyük maraq ilə suallar verir, oyunun qaydaları ilə tanış olur və aktiv diskussiya aparırdılar. Tədbirin sonunda məktəblilərin əksəriyyəti reqbi ilə məşğul olmaq və yaxın gələcəkdə Azərbaycanı müxtəlif beynəlxalq yarışlarda təmsil etməyi istədiklərini bildirdilər. Müəllimlərlə və uşaqlarla əldə olunan razılıq əsasında uşaqlara paylanılan anketlər vasitəsi ilə noyabrın sonunda 134-132 nömrəli Təhsil Kompleksi nəzdində yaradılacaq komandanın oyunçu heyyəti formalaşdırılacaq və məşq günləri təyin olunacaqdır.

134-132 nömrəli təhsil kompleksində "Reqbi-5" layihəsinin prezentasiyası 134-132 nömrəli təhsil kompleksində "Reqbi-5" layihəsinin prezentasiyası

Eldar Kərimov

Azərbaycan Reqbi Federasiyasının

İnkişaf Şöbəsinin Layihələr üzrə mütəxəssisi

FOTO: Viktoriya Melnik

Bölüm: Reqbi-5