»


Layihənin ikinci iştirakçısı - sanatoriya tiplə 8 №-li məktəb-internatı (Buzovna qəsəbəsi)
"Qarabağ" RK-nın "Gənc reqbi ulduzları" layihəsinin ikinci iştirakçısı - Buzovna qəsəbəsində yerləşən 8 nömrəli sanatoriya tipli internat məktəbidir. 1962-ci ildən fəaliyyət göstərən internat-məktəbində 290-a yaxın uşaq təhsil alır. Burada idmanla məşğul olmaq üçün bütün lazım olan şərait yaradılıb. Məktəbin ərazisində süni örtüklü futbol, basketbol, volleybol meydançalı, eyni zamanda fiziki çalışmalar üçün bir çox qurğular yerləşdirilib.


Gənc reqbi ulduzları
"Qarabağ" RK-nın "Gənc reqbi ulduzları" layihəsinin ilk iştirakçısını diqqətinizə təqdim edirik. Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbi. Məktəb 1961-ci ildə fəaliyyətə başlamışdır və AR Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərir. 1200 nəfərdən çox şagird bu internat məktəbində təhsil alır.


Əziz reqbi həvəskarları!
"Qarabağ" Reqbi Klubu fəaliyyətini müəyyən müddət ərzində dayandırsa da, cari ildən etibarən "Qarabağ" RK  fəaliyyətini "Gənc reqbi ulduzları" layihəsi ilə bərpa edir. Layihə çərçivəsində Abşeron yarımadasında yerləşən 3 internat məktəbi və 1 uşaq evində reqbi-5 (kontaktsız reqbi növü) üzrə məşqlər keçiriləcək və ən bacarıqlı və istedadlı oyunçulardan ibarət məktəb komandaları yaradılaraq 10 may tarixində internat məktəbləri və uşaq evləri arasında ilk turnir keçiriləcək.


  • BÖLÜM:
    Reqbi-5
  • 19
    iyun 2015
    10:39
  • BAXILIB: 0
  • ŞƏRHLƏR:
    0
Lider Tv - İdmanın qeyri-ənənəvi növləri inkişaf edir



Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Bakı açıq kuboku”-dan foto və video reportaj

rugby

10.05.2015 tarixində Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda Azərbaycan Reqbi Federasiyası tərəfindən Bakı şəhər gənclər və idman baş idarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş reqbi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Yarış reqbinin olimpiya növü olan reqbi-7 üzrə keçirilmişdir.



Rob Henderson: Azərbaycanda reqbini inkişaf etdirmək vacibdir

Rob Henderson25 aprel tarixində Azərbaycan Beynəlxalq Məktəbində (TİSA) Bakı Şəhər İdman və Gənclər Baş İdarəsinin dəstəyi ilə reqbinin olimpiya növü olan reqbi-7 üzrə 13-14 yaşlı oyunçular arasında açıq Bakı şəhəri birinciliyi keçirilmişdir. Yarışda TİSA komandası ilə yanaşı 132-134 Təhsil Kompleksinin və Bakı Reqbi Klubunun komandaları da iştirak ediblər. Bu yarış 10 may tarixində keçiriləcək reqbi-5 və reqbi-7 üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə hazırlıq xarakteri daşıyırdı.



  • BÖLÜM:
    Reqbi-5
  • 21
    aprel 2015
    10:58
  • BAXILIB: 0
  • ŞƏRHLƏR:
    0
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Bakı açıq kuboku”

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Bakı açıq kuboku”



  • BÖLÜM:
    Reqbi-5
  • 25
    dekabr 2014
    22:53
  • BAXILIB: 0
  • ŞƏRHLƏR:
    0
Bakıda "Reqbi -5" layihəsi başladı

rugby-5Bakıda “Reqbi -5” layihəsi start götürüb. İlkin olaraq bu layihə 132-134 nömrəli təhsil kompleksində reallaşıb. Sportarena.az xəbər verir ki, layihənin əsas məqsədi yenietmələrə reqbinin sirlərini öyrətmək və bu idman növünə olan marağı artırmaqdır. “Reqbi -5” layihəsi bir sıra fərqliliyi ilə seçilir. Belə ki, burada zədələr tamamilə qaydalardan çıxarılıb.



  • BÖLÜM:
    Reqbi-5
  • 20
    dekabr 2014
    17:31
  • BAXILIB: 0
  • ŞƏRHLƏR:
    0
Start verildi!

rugby-5

19 dekabr 132-134 saylı təhsil kompleksində "Enermech Rugby-5" layihəsi çərçivəsində reqbi-5 üzrə ilk məşq sessiyası keçirilib. Məşqdə 35 nəfər olmaqla 7-ci və 8-ci sinif şagirdləri iştirak ediblər. Federasiyanın məşqçiləri tərəfindən uşaqlara reqbi haqqında məlumat verilmişdir, reqbi-5 oyununun qaydaları izah olunmuşdur və oyunla tanışlıq xarakterli məşq hərəkətləri verilmişdir. Məşqin sonunda uşaqlar bir neçə komandalara bölünmüş və touch-rugby oyununda qüvvələrini sınamışlar. Məktəblilərin qaydaları tez bir zamanda öyrənməsi və məşqdə böyük maraqla iştirak etməsi çox sevindirici hal oldu.



  • BÖLÜM:
    Reqbi-5
  • 15
    dekabr 2014
    11:33
  • BAXILIB: 0
  • ŞƏRHLƏR:
    0
Azərbaycan Reqbi Federasiyasının rəsmisi: "Reqbi xasiyyətcə azərbaycanlılara yaxın olan idman növüdü" (Müsahibə)

rugbyHər nə qədər Azərbaycanda bir o qədər populyar olmasa da, dünyada, xüsusilə də Avstraliya və Okeaniya, Afrika, Avropa ölkələrində kifayət qədər məşhur olan idman növlərindən biri də reqbidi. Son illərdə bu idman növünün Azərbaycanda inkişaf etdirilməsi üçün Azərbaycan Reqbi Federasiyası əlindəki maliyyə dəstəyinin az olmasına baxmayaraq, böyük işlər görməyə cəhd edir. Federasiyanın bu mənada son olaraq həyata keçirdiyi layihə "Enermech Rugby-5" adlanır.