» Layihə haqqında
Layihə haqqında

rugby-5Əziz dostlar! Layihəmizə göstərdiyiniz maraq üçün sizə təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi yaxın zamandan etibarən reqbi Yay Olimpiya Oyunları proqramına qaytarılmışdır və bununla da ölkəmizdə reqbiyə olan maraq artıb. Bu hadisə ilə əlaqədar olaraq biz "Enermech Rugby-5" layihəsinin reallaşdırılmasına başlamışıq. Bu tədbir reqbinin Azərbaycanda populyarlaşdırılmasına və inkişafına yönəlmişdir. Layihəyə görə, Bakı şəhərində bir neçə orta mıktəbdə 5-8 sinif şagirdlərindən ibarət olan reqbi-5 üzrə komandalar yaradılır, uşaqlar məşqlər üçün zəruri olan ləvazimatlarla təmin olunur və müntəzəm olaraq məşqlər keçirilir. 2015-ci ildə həmin məktəb komandaları arasında reqbi-5 üzrə ilk Bakı çempionatı keçiriləcək. Sonradan layihəyə qoşulan məktəblərin sayı Bakı və regionlar üzrə artırılacaq və yarışlar müntəzəm olaraq məktəb komandaları arasında Azərbaycan çempionatı şəklində keçiriləcək. Reqbi-5 reqbinin uşaqlara aid olan növüdür. Burada zədə alma riskini sıfıra endirmək üçün topla irəliləyən rəqib oyunçunun saxlanılması xüsusi lentlərin qoparılması yolu ilə həyata keçirilir və bununla da oyunun qaydalarına əsasən oyunçular arasında hec bir kontakt yoxdur. Bu oyun gənc idmançılarda fiziki dözümlülük, cəldlik, komandada işləmə bacarığı və qələbəyə can atma kimi xüsusiyyətləri inkişaf etdirir. Biim layihəmiz sağlam həyat tərzinin təbliğinə, uşaqların idmana cəlb olunmasına və gənclər arasında reqbi üzrə Azərbaycan milli yığma komandasının müxtəlif yaş qrupları üzrə oyunçu bazasanın yaradılmasına yönəlmişdir. Şübhəsiz ki gerçəkləşdirdiyimiz layihənin nəticəsində yaxın illərdə ölkəmizdə yeni istedadlar kəşf olunacaq hansılar ki ölkəmizi böyük beynəlxalq yarışlarda uğuqla təmsil edəcək.


Koordinator və layihənin inkişafı üçün məsuliyyətli Eldar Kərimov

Azərbaycanın Reqbi Federasiyasının inkişaf bölümü

Заглянув один раз, вы обязательно бесплатные программы скачаете для пк с лучшего сайта последние хорошие фильмы смотреть онлайн на кинопортале или ещё можно шаблоны под dle 10.2 бесплатые на лучшем сайте.

Çap etmək