Əziz reqbi həvəskarları!

Yeniliklər / Reqbi-5 26-yan-2018, 11:26 emil 0 1 350
"Qarabağ" Reqbi Klubu fəaliyyətini müəyyən müddət ərzində dayandırsa da, cari ildən etibarən "Qarabağ" RK  fəaliyyətini "Gənc reqbi ulduzları" layihəsi ilə bərpa edir. Layihə çərçivəsində Abşeron yarımadasında yerləşən 3 internat məktəbi və 1 uşaq evində reqbi-5 (kontaktsız reqbi növü) üzrə məşqlər keçiriləcək və ən bacarıqlı və istedadlı oyunçulardan ibarət məktəb komandaları yaradılaraq 10 may tarixində internat məktəbləri və uşaq evləri arasında ilk turnir keçiriləcək. "İMSİ" (İnternat Məzunlarının Sosial İnteqrasiyası) Gənclər İctimayi Birliyi ilə birgə həyata keçirəcəyimiz layihənin əsas məqsədi internat və uşaq evlərində sağlam həyat tərzinin təbliğatı, kimsəsiz uşaqların yeni Olimpiya idman növü olan reqbiyə cəlb olunması və istedadların aşkar olunmasıdır. Layihənin iştirakçıları, təşkilatçıları və layihə haqqında ətraflı məlumat ilə sizi növbəti paylaşımlarımızda tanış edəcəyik.

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr