Azərbaycan Reqbi Federasiyasının bəyanatı

Xəbərlər 18-noy-2012, 12:25 emil 0 0

Azərbaycan Reqbi Federasiyası

Azərbaycan və Türkiyə arasında reqbi üzrə Avropa millətlərinin Kubokunun qrup matçının keçirilməsi vaxtı baş nermiş hadisəni hər iki ölkənin KİV-inin şişirtməyə cəhdləriylə əlaqədar olaraq Azərbaycan Reqbi Federasiyası açıqlama vermək istəyərdi. Hər şeydən əvvəl qeyd etməyə dəyər ki, bizim ölkələrimizin arasında yaxın münasibətləri nəzərə alaraq, biz beynəlxalq səhnəyə türk reqbisinin çoxdan gözlənilən çıxışının faktını sevinclə qarşıladıq və bizim komandamız arasında tarixdə birinci oynunu səbirsizliklə gözləyirdi, və əlbəttə, oyunun atmosferi tamamilə başqa olmalı idi. Biz türk mətbuatının hücumlarını və həmən yoxlanılmayan məlumatı təkrar çap etmiş bəzi yerli informasiya agentlikləri şərh etmək və ya hər hansı mübahisəyə daxil olmaq niyyətində deyilik, çünki bunu yersiz hesab edirik. 

Reqbinin oyunlarında davalar olur, amma bir qayda olaraq, idman jurnalistləri sadəcə onları yan keçirlər, bunda diqqəti nəzərə çatdırmırlar. Düzdür, bunun üçün, reqbi yarışlarını işıqlandıran jurnalistlərdə, heç olmasa, reqbi haqqında və onun kodeksi və fəlsəfəsi haqqında bir qədər anlayışlar olmalıdır,  xüsusi halda, hansının ki, qızıl qaydalarından biri xəbər verir: "meydanda nə baş verirsə versin - meydanda da qalır".

Matçın təhlilindən və faktların araşdırmalarından sonra, növbəti anları qeyd etməyi lazımlı hesab edirik, hansılar ki, qaydalara, həm də reqbinin əxlaq kodeksini kobud pozur:

- türk tərəfinin yan hakimin, motivlərdən asılı olmayaraq, yığmamızın oyunçularına  hücumu;

- bizim yığmamızın tərəfindən oyun vaxtı meydanı tərk edilməsinin faktı , sadə desək, bəzi türk azarkeşlərini susdurmaq məqsədi ilə tribunaya qalxmaqları. O fakta baxmayaraq ki, bu bizim oyunçularımızın ünvanına təhqirlərlə provokasiya edilmişdi.

Gözlənilir ki, bu hadisə FIRA-AER Məclisinə baxılacaq. Müzakirənin nəticələrinə görə növbəti bəyanat ediləcək.


Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə