Şamaxıda qaliblər müəyyənləşdi

Xəbərlər 19-apr-2022, 19:48 emil 0 3 084
Bugün Şamaxı Olimpiya Mərkəzinin stadionunda məktəb komandaları arasında Rugby-7's üzrə Şamaxı Olimpiya Mərkəzinin Kuboku keçirilmişdir. Yarışda 4 komandanın 2007-2009-cu il təvəllüdlü yeniyetmələri qüvvəsini sınayıb. Yekunda Şamaxı THT Liseyinin komandası 1-ci, Şamaxı Avropa Liseyinin komandası 2-ci, Əngəxaran kənd orta məktəbinin reqbiçiləri isə 3-cü yeri tutublar. Qalibləri, mükafatçıları və iştirakçıları təbrik edirik və gələcəkdə yüksək nailiyyətlər əldə etmələrini arzu edirik!




Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə