Şamaxı Olimpiya İdman Kompleksində yoldaşlıq görüşü keçirilib

Yeniliklər 28-dek-2021, 00:12 emil 0 36
Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı ilə müxtəlif vaxtlarda uşaqlar, yeniyetmələr və gənclər arasında ölkə birincilikləri keçirilmişdir. Böyüklərdən ibarət komanda yaratmaq məqsədilə isə 27 dekabr 2021-ci ildə  Şamaxı Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq prosesinin sonunda “Qəbələ” İdman Klubunun və “Qafqaz Arena” İdman Klublarının reqbi komandaları arasında yoldaşlıq görüşü baş tutmuşdur. Görüşdə Qəbələ komandası 15-10 hesabı ilə qalib gəlmişdir. “Qəbələ” İdman Klubunun reqbi komandasının baş məşqçisi Rail İsmayılov, “Qafqaz Arena” İdman Klubunun reqbi komandasının baş məşqçisi isə Ramil İsmayılovdur.
Tədbirdə federasiyanın regionlar üzrə  vitse-prezidenti Səbuhi Qarayev də iştirak etmişdir.








Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr