Göygöl Ölimpiya İdman Kompleksində Reqbi-7 üzrə respublika birinciliyinə start verilib

Yeniliklər 08-sen-2021, 14:01 emil 0 109
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı ilə cari ilin 8-13 sentyabr tarixlərində Reqbi-7 idman növü üzrə respublika birinciliyinə start verilib. Bununla əlaqədar olaraq 8 sentyabrda Göygöl Olimpiya İdman Kompleksində respublika birinciliyi açılış mərasimi baş tutub.

Açılış mərasimində Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov, Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı, Reqbi Federasiyasanın baş katibi Əliniyaz Mirzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Reqbi Federasiyasının idarə heyətinin üzvü Həmid Nəsirov, Sumqayıt Gənclər və İdman baş idarəsinin rəis müavini Rüfət Mahmudzadə iştirak ediblər. Qonaqlar bütün komandalara uğurlar arzulayıblar.

Yarışda ümumilikdə 8 komanda - Gəncə, Sumqayıt, Şəki, Naftalan, Şəmkir, Gədəbəy, Mingəçevir və Qəbələ komandaları iştirak ediblər.
Qeyd edək ki, yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilir.

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr