Azərbaycan Reqbi Federasiyasının məşqçiləri Naftalanda təlim-məşq toplanışına başladı

Yeniliklər 25-iyn-2021, 15:37 emil 0 299
Naftalan şəhər Gənclər və İdman İdarəsinin dəvəti ilə Reqbi üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi Vaqif Səadətxan və Reqbi hakimlər kollegiyasının sədri Zülfüqar Nəbiyev yeni yaradılmış Naftalan Reqbi Klubunun məşqçiləri və idmançıları ilə birgə təlim-məşq toplanışında iştirak etdilər. Üç gün davam edən məşqlərdə təcrübəli mütəxəssislər bütün yaş dərəcələri üzrə məşq prosesini izlədi, balaca reqbiçilər ilə birgə çalışmalarda iştirak etdi.

Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev Federasiya nümayəndələrini və idmançıları qəbul edərək, dəvətimizi qəbul edib gəldikləri üçün Azərbaycan Reqbi Federasiyasının rəhbərliyinə və məşqçi-müəllimlərinə təşəkkürünü bildirdi. Söylədi ki, əsas hədəf idmanın digər növlərində olduğu kimi, reqbi üzrə də idmançılarımızın böyük nailiyyətlər əldə etmələrinə şərait yaratmaqdır.

Sonda Naftalan Reqbi Klubunda ölkəmizin idman şərəfini layiqincə qoruyacaq atletlərin yetişəcəyinə əminlik ifadə olundu.






Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr