"Reqbi idman növü kimi həyatımızda necə rol oynayır" mövzusunda seminar keçirilib

Yeniliklər 09-mar-2021, 18:45 emil 0 118
Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı və Federasiyanın koordinatoru Süsən Heydərovanın moderatorluğu ilə  "Reqbi idman növü kimi həyatımızda necə rol oynayır, Reqbi fəlsəfəsi nədən ibarətdir və Reqbi haqqında bilinməyənlər" mövzusunda onlayn seminar baş tutub.

YAZTV bildirir ki, seminarda  Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov,  Federasiyanın Baş katibi Əliniyaz Mirzəyev, idarə heyətinin üzvü , Gəncə Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, federasiya üzvləri və xaricdən olan məşqçilər iştirak ediblər.

Elvar Osmanov çıxış edərək iştirakçılara Azərbaycanda Reqbi idman növünün inkişafına dair məlumat verib. O, reqbi idman növünün təbliği üçün regionlarda görülən işlərdən, gələcək planlardan bəhs edib. Elvar Osmanov onu da qeyd edib ki, əsas hədəf digər idman növlərində olduğu kimi, reqbi üzrə də idmançılarımızın böyük nailiyyətlər əldə etmələrinə şərait yaratmaqdır.

Federasiyanın Baş katibi Əliniyaz Mirzəyev  Reqbi Federasiyasının fəaliyyətindən və idmanın bu növünün ölkəmizdə inkişafı üçün görülən işlərdən danışıb. Əliniyaz Mərzəyev iştirakçıların nəzərinə çatdırıb ki, reqbi Azərbaycanda ənənəvi idman növü olmasa da, ona maraq çox böyükdür. Yeniyetmə və gənclər artıq bu idman növünə böyük maraq göstərirlər. 

Həmid Nəsirov tədbir iştirakçılarını salamlayaraq onlara gələcək işlərində  uğurlar arzulayıb. Habelə o bildirib ki, ölkəmizin bir sıra regionlarında reqbi idman növü üzrə stadionlar istifadəyə veriləcək.

Seminarda Türkiyədən “Kangal Rugby Club”un (Sivas) baş məşqçi və qurucusu Emil Əliyev, Azərbaycan Reqbi Federasiyasının Baş məşqçisi Vaqif Sadətxan, Argentinalı məşqçi Nikolsa Ariel Grimaldi,  Rusiyadan "World Rugby" sertifikatlı hakim Maks Limberski , "Moskow Dragons" RFC klubunun Prezidenti Pyotr Hutiyev, Qarabağ Reqbi Klubunun Prezidenti Eldar Kərimov və Qəbələ Reqbi Klubunun baş məşqçisi Rail Ismayılov  çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar və bu idman növünün tarixinə nəzər salıblar.

Qeyd edək ki, seminar iştirakçılarına Azərbaycan Reqbi Federasiyası tərəfindən sertifikatlar təqdim olunacaq.

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr