Misiya, məqsəd və hədəflər

Missiya

Azərbaycan Reqbi Federasiyası (ARF) 2004–cü ildə təsis olunub. Həmin vaxtdan ARF-in strateji məqsədi dəyişməzdir: ölkədə reqbinin inkişafı və populyarlaşdırılması.
Bu sadə formul arxasında artıq əldə edilmiş və hələ nail olmaq üçün bir çox görüləcək işlər durur. Reqbi idman növünün əsrlik ənənələri və idmanın bu növünün mahiyyətini müəyyən edən bir sıra dəyərlər formalaşıb. Bu dəyərlər arasında oyun bütövlüyü, həzz, həmrəylik, nizam-intizam və hörmət dayanır. Sadalananlar Azərbaycan Reqbi Federasiyasının işinin bünövrəsini təşkil edir. 
Reqbi yalnız idman növü deyil. Bu xarakterin, iradənin və ruhun formalaşmasının fəlsəfəsidir. Həmin göstəricilər hər bir oyunçuya, məşqçiyə, menecerə və azarkeşə xasdır.

Məqsəd və vəzifələr

Ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsi, kütləviliyə nail olmaq, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması ilə reqbi idman növünə cəlb olunması, sağlam həyat tərzinin təbliği ARF-in əsas prioritetlərindəndir. Federasiyanın işinin mahiyyətini dolğun əks etdirən yeddi əsas bənd:

Təməl
Azərbaycanda reqbinin inkişafı üçün maliyyə, təşkilati, kadr, metodoloji və sosial şəraitin yaradılması. Bütün mövcud vasitələrdən maksimum effektiv istifadə etməyə imkan verəcək çevik kommunikasiya və idarəetmə sisteminin formalaşdırılması.

İnfrastruktur
Stadionların və məşq bazalarının mövcudluğu inkişafın əsas şərtlərindəndir. Mövcud obyektlərin modernləşdirilməsi və gələcəkdə yenilərinin tikintisi, infrastrukturun genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması əsas prioritetlərdən biridir.

Kütləvilik
İdmanın bu növü dünyada milyonlarla insanı  - reqbi-union, reqbi-7, çimərlik reqbisi, tag reqbi və digər növləri ilə birləşdirir, mümkün olan ən geniş auditoriyaya çatmağa imkan verir. Mövcud turnirlərin genişləndirilməsi, hərbi xidmətdə, məktəb və universitetlərdə, həmçinin “reqbi-5” kimi xüsusi layihələrin inkişafı hesabına mümkün qədər çox uşaq və gənclərin, tələbələrin, həvəskarların və peşəkarların idmana cəlb edilməsi deməkdir.

Populyarlaşdırma
Reqbinin populyarlaşdırılmasında ənənəvi  və sosial media strateji hədəfdir. ARF-in aparıcı idman meydançalarında reklam və bannerlərin yerləşdirilməs, bunların müasir standartlarına uyğun olması, həmçinin ölkənin informasiya məkanında yerli və beynəlxalq tədbir, turnirlərin işıqlandırılmasına şərait yaradılması vacib şərtlərdəndir.

Nailiyyətlər
İdmanda piramidanın zirvəsi yüksək səviyyəli peşəkarlıq deməkdir. Azərbaycan yığmasının və ölkənin aparıcı klublarının əsas hədəfi  karyerasını durmadan inkişaf etdirən idmançıların hazırlıq sisteminin qurulmasıdır. Komandalarımız dünya kuboku yarışları, Olimpiada, Reqbi-7 dünya seriyası kimi planetin əsas və nüfuzlu turnirlərinin daimi iştirakçısı olmalı və əzmkar rəqabət aparmalıdır.

Yenilik
Müasir yanaşmaların tətbiqi, sistematik təlim, oyunçuların, məşqçilərin, həkimlərin, hakimlərin və menecerlərin ixtisasına nəzarət - sistemin tərəqqisinin ən mühüm elementləridir. ARF-in funksionerləri dünya reqbi standartlarını bilməli, idmanın bu növünü inkişaf etdirməli, qadağan olunmuş texnologiyaların və preparatların tətbiqinə mane olmalıdırlar.

Birləşmə
Reqbiyə sevgi və həzz əsasında bütün xalqları və qitələri birləşdirmək, onun dəyərlərinə hörmət və ruha uyğunluq unikal xüsusiyyətə malikdir. ARF bu müsbət təcrübədən həm ölkəmizin vətəndaşları arasında, həm də dövlətlərarası səviyyədə qarşılıqlı münasibətlərin möhkəmlənməsi və yaxşılaşdırılması üçün tam istifadə etməyə çalışmalıdır.





Əvvəlki səhifəyə qayıt




100

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə