21 Noyabr Bakının 134-132 nömrəli təhsil kompleksinin akt zalında 8-ci sinif uşaqları üçün "Reqbi-5" layihəsinin prezentasiyası keçirilib. Tədbirdə 90-dan çox məktəbli, həmçinin müəllimlər və məktəbin digər əməkdaşları iştirak ediblər. Uşaqlara reqbinin yaranma tarixi, Azərbaycan komandalarının iştirak etdiyi yarışlar, əldə etdiyi nəticələr, həmçinin bu yeni olimpiya idman növünün ölkəmizdə inkişaf planları haqqında geniş məlumat verilib.
|