Məşqçilər Komitəsi



Vaqif Səadətxan

Məşqçilər Komitəsinin sədri

Ad, Soyad

Üzv

Ad, Soyad

Üzv

Məşqçilər Komitəsinin vəzifələri

 Məşqçilər Komitəsi Azərbaycan Reqbi Federasiyasının tövsiyyəverici orqanıdır və ARF rəhbərliyinə tabedir. Məşqçilər Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, ARF-in Nizamnaməsini, həmçinin ARF Rəhbərliyinin qərarlarını rəhbər tutur.


Məşqçilər Komitəsinin məqsədləri, vəzifələri və əsas funksiyaları


 Məşqçilər Komitəsinin məqsədi Azərbaycan reqbi məşqçilərinin, ekspert və mütəxəssislərin fəaliyyətini mükəmməlləşdirməkdir:
• təqdim edilmiş məşq planlarının, milli komandaların tərkibinin, Azərbaycan çempionatında, Rugby Europe, World Rugby, Olimpiya Oyunlarında və digər rəsmi yarışlarda çıxışlarının nəticələrinin obyektiv müşahidəsi, təhlili və təsdiqi;
• məşqçilərin peşəkarlığının artırılması;
• idmançıların və komandaların inkişaf və təkmilləşdirmə sistemlərinin qurulması və bununla yüksək nəticələrin əldə edilməsinə köməklik göstərməkdir.


 Məşqçilər Komitəsinin əsas vəzifələri klub və yığma komandalar məşqçilərinin vahid inkişaf strategiyasının hazırlanması və ARF rəhbərliyinə təsdiq üçün təqdim edilməsi:
• Azərbaycan milli komandalarının beynəlxalq yarışlara hazırlığı planlarının qiymətləndirilməsi və ARF rəhbərliyinin təsdiqinə təqdim edilməsi, habelə onların icrasına mütəmadi nəzarət edilməsi;
• komandaların yarışlara hazırlığının və çıxışının nəticələrinə əsasən ölkənin klub və milli komandalarının məşqçilərinin işinin səmərəliliyinin qiymətləndirilməsi;
• Azərbaycanda məşqçilərin hazırlanması istiqamətində yerli və xarici mütəxəssislərin fəaliyyətinin birləşdirilməsi;
• Ölkənin bütün yaş dərəcələri üzrə yığma komandalarının tərkibinin təsdiq edilməsi və tövsiyyələrin verilməsi.




 3 238

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə