Lisenziyalaşdırma Komitəsi Azərbaycan Reqbi Federasiyasının himayəsi altında fəaliyyət göstərən Azərbaycan Reqbi subyektlərinin təhsilindən, ixtisaslarından və peşə fəaliyyətinin nəticələrindən asılı olaraq təlim və lisenziyalaşdırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir.
Azərbaycan Reqbi subyektlərinə aşağıdakılar daxildir:
• oyunçular (reqbi oyunçuları);
• məşqçilər;
• reqbi hakimləri və matç Komissarları;
• İdman həkimləri / tibb mütəxəssisləri;
• reqbi klubları (peşəkar, həvəskar, məktəb, tələbə).