Azərbaycan Reqbi Federasiyasının İdarə Heyətinin Onlayn İclası

Yeniliklər 25-noy-2020, 00:38 emil 0 208
Mövzü: Pandemiya və ondan sonrakı dövrdə reqbinin inkişafının təmin edilməsi...(24.11.2020)İclasın onlayn görüşündə ilk çıxış edən Federasiyamızın prezidenti Elşən Abbasov İdarə heyətini salamlamış, iştirakçılara uğurlar arzulamış və gələcək görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmışdır.
İclasda iştirak edən digər natiqlər: Vitse-prezident Elvar Osmanov; Baş katib Əliniyaz Mirzəyev; İdarə heyətinin üzvləri Həmid Nəsirov, Eldəgiz Rəfibəyli, Nadir Quliyev, Emil Əliyev, Gündüz Vəliyev, Daşqın Mikayılov, Miraqil Seyidzadə, Təvəkkül Cəmilov çıxış edərək (Covid-19) Pandemiya  və ondan sonrakı dövrdə reqbinin inkişafının məqsədli  və inkişaf strategiyamızın tələblərinə uyğun olaraq aparılması vurğulamışdır. Həmçinin gələcəkdə Azərbaycan Məktəb İdman Federasiyası, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə fəaliyyətlə bağlı Memarandum imzalamaq nəzərdə tutulmuşdur. Bu fəaliyyət proqramı bizim dövlət səviyyəsində kadr hazırlığına, məktəblərdə reqbinin tədrisinə nail olunmasına və regionlarda uşaq reqbi klublarının təsisçiliyinə təkan verəcəyi vurğulanmışdır.
Hal-hazırda 2021-ci il üçün Gənclər və İdman Nazirliyinin tədbirlər planında reqbi yarışlarının siyahısının hazırlanaraq təsdiqlənməsi nəzərdə tutulmuşdur.






Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr