Azərbaycan Reqbi Federasiyası Orduya yardım edib

Yeniliklər 08-okt-2020, 08:44 orxankerim 0 115
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Reqbi Federasiyası cəbhə bölgəsinə səfər edib.
Səfərdə məqsəd Azərbaycan Ordusa dəstək olmaq və hər an döyüşə hazır olduqlarını nümayiş etdirməkdir. Belə ki, səfər çərçivəsində orduya geyim, tibbi ləvazimatların olduğu 100-ə yaxın sovqat gönədrilib.
Federasiyanın rəsmisi Elvar Osmanov bildirib ki, hər bir Azərbaycan vətəndaşı kimi biz də torpaqlarımızın yağı düşmənin əsarətindən azad edilməsi istiqamətində qüdrətli ordumuzun apardığı əks-hücum hərbi əməliyyatlarını dəstəkləyir və Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə azad edilmiş digər torpaqlarımıza da Azərbaycan bayrağını sancacağımıza inanırıq.
Azərbaycan Reqbi Federasiyasının kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir.

Qarabağ Bizimdir, Qarabağ Azərbaycanındır!



Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr